Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lavrov: “Qarabağ münaqişəsində mövcud dialoq irəliləyişlə nəticələnmir”
Tarix: 08-12-2017 | Saat: 16:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lavrov: “Qarabağ münaqişəsində mövcud dialoq irəliləyişlə nəticələnmir”
“Dağlıq Qarabağ münaqişəsində birbaşa dialoq var, lakin təəssüf ki, bu, hələlik ciddi irəliləyişlə nəticələnmir”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Vyanda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin bir, xarici işlər nazirlərinin isə bir neçə dəfə görüşü keçirilib.

“Bu dialoq pozitiv haldır. Biz amerikalı və fransalı həmkarlarla birlikdə kollektiv yanaşmanın olduğu istiqamətdə işləməyə davam edəcəyik. Bu sessiyada biz bunu bir daha təsdiq etdik. Verdiyimiz bəyanatda həll üçün nəzərdə tutulan əsas prinsiplər öz əksini tapıb. Tərəflər bunu qəbul edib, lakin hələ addım atılmayıb. Bu, asan məsələ deyil, amma bu istiqamətdə işləyəcəyik”, - deyə o bildirib.


Xəbəri paylaş

5408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___