Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi - YENİLƏNİB
Tarix: 04-12-2017 | Saat: 14:02
Bölmə:Karusel / Hadisə | çapa göndər



Ağdaşda intihar edən şagirdin ölümündə "Mavi Balina" izi aşkarlanıb.
Xəbəraz.Az xəbər verir ki, bu sözləri teleqraf.com-a açıqlamasında Ağdaş rayonu Nehrəxəlilli kənd bələdiyyəsi sədrinin müavini 7-ci sinif şagirdi İsmayıl Adıgözəlovun intiharı haqda danışarkən deyib.
Onun sözlərinə görə, 12 yaşlı oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil: “Amma kənd camaatının dediyinə görə, uşaq hansısa intelektual oyun oynayırmış və valideynləri də onu oyuna girməyə qoymayıb.
Amma indi xəstəxanaya gedirəm. Dəqiq məlumatı orda biləcəm”.
Qeyd edək ki, mətbuatda Ağdaş rayonunun Ləki qəsəbəsində 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlovun yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar etdiyi barədə məlumat gedib. Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.
Xatırladaq ki, son günlər "Mavi balina" oyunu oynayan şagirdlər arasında intihar faktları qeydə alınıb.
***
10:40
Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

1 2838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___