Hacı Məmmədov intihar etməzdən qabaq məktub yazıb – RƏSMİ
Tarix: 04-12-2017 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama yayıb.
Penitensiar xidmətdən verilən məlumatda bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.
Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub. Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.
Rəsmi məlumata görə, faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanmış, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş
1 0828 dəfə oxunub.
Digər xəbərlər

18-10-2023, 08:41
Mandarin qabıqlarını qaynadıb içsəniz...
8-06-2020, 16:03
Polisə zibil atan Bakı sakini evindən belə çıxarıldı - VİDEO
3-02-2016, 22:58
“Xırdalan qəbiristanlığı palçıq vulkanının üzərində yerləşir
25-05-2016, 13:51
“Mən ölmürəm, həyat yoldaşımsa...”
5-11-2016, 00:14
Mərcə girib 50 kilo arıqladı
28-10-2019, 13:01
Əbu Bəkr əl-Bağdadinin yerinə o seçildi
24-05-2017, 17:57
Dərs ilinin müddəti yenidən artırılır? - Nazirlikdən yeni TƏKLİF
16-06-2019, 18:31
"Heç övlad atasız qalmasın yalqız, atadır övladın ümidi yalnız" - Jurnalistdən şəhid atası ilə bağlı təsirli sözlər
7-02-2018, 18:25
Prezident “Azərsu”ya 12 milyon ayırdı