Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təyyarə qalxdıqdan iki dəqiqə sonra düşdü
Tarix: 02-07-2015 | Saat: 16:11
Bölmə:Karusel / Hadisə / Dünya / Maraqlı / M2 | çapa göndər

Təyyarə qalxdıqdan iki dəqiqə sonra düşdü
İndoneziyada bir hərbi təyyarə havalandıqdan iki dəqiqə sonra şəhər mərkəzindəki binalara çarparaq bir otelin üstünə düşüb.


Xeberaz.az xəbər verir ki, İndoneziya Hava Qüvvələrinə aid bir nəqliyyat təyyarəsinin Şimali Sumatra əyalətinin paytaxtı Medanda şəhər mərkəzinə düşməsi nəticəsində 116 adam həyatını itirib. Səlahiyyətlilər, C-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin Medandakı Soewondo Hava qüvvələri Əsasından hərəkət etdikdən qısa müddət sonra yaşanan texniki bir qəza səbəbiylə geri dönməyə çalışarkən şəhər mərkəzindəki bir otelin üstünə düşdüyünü ifadə ediblər. Ekipaj və sərnişinlərlə birlikdə təyyarənin düşdüyü yerdə olan 3 adam həyatını itirib.

İndoneziya Axtarışın-Qurtarma Agentliyi Başçısı Henry Bambang Soelistyo verdiyi açıqlamada, təyyarənin düşmə səbəbini hələ bilmədiklərini söyləyərkən, "Qurtarma qrupundakı yoldaşlarımız dağıntı yerində diqqətlə işlərə davam edir" deyib. Ordu spikeri Fuad Basyan etdiyi şərhdə təyyarənin havalandıqdan iki dəqiqə sonra düşdüyünü söyləyib. Təyyarənin düşərkən şəhər mərkəzindəki binalara da çarpdığı qeyd edilib.

Qeyd edək ki, Medanda 2005-ci ildə də bir təyyarə qəzası yaşanmış, Mandala Hava yollarına aid Boeing 737-220 tipli bir təyyarə havalandıqdan qısa bir müddət sonra şəhər içində kütlənin içinə düşərək 30-u təyyarənin düşdüyü yerdə olmaq üzrə 143 adamın ölümünə səbəb olmuşdu.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___