Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nüşabə 4 milyonluq evindən danışdı: "Niyə kasıb olmalıyam ki?"
Tarix: 30-11-2017 | Saat: 11:40
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Nüşabə 4 milyonluq evindən danışdı:  "Niyə kasıb olmalıyam ki?"
“Sosial şəbəkələrdə mənə yazırlar ki, mədə kiçiltməsi eləmisiz, niyə gizlədirsiniz? Arıqlamağınızın səbəbini deyin də... Mən də gülürəm, zarafatla deyirəm ki, hə doğurdan, hardan tapdız, Türkiyədə mədə kiçiltməsi etdirmişəm. Etsəm niyə gizlədim ki? Buna normal baxıram. Artıq çəkilərdən xilas olmaq, gözəl görünmək istəyən qadın estetik əməliyyta da müraciət edəcək, mədə də kiçildəcək”.
Bu sözləri əməkdar artist Nüşabə ələsgərli “Şou məkan” proqramında deyib. Son günlər xeyli çəki atan müğənni plastik əməliyyat etdirməsi ilə bağlı şayiələrə son qoyub: 

“Allah Azərbaycan qadınına hər şey verib. Həmin gözəlliyə bir də rəssam müdaxilə edəndə daha gözəl olur. Deyirlər, gözəllik ondur, doqquzu dondur, biri də makiyaj olsun. Üzümü də ki, dartdırmamışam”.
N.Ələsgərli haqqında deyilən “4 milyonluq evi olan sənətçi” söz-söhbətlərinə də aydınlıq gətirib:
“Bizim müğənnilər niyə kasıb olmalıdırlar ki? Bəyəm, belə olmalıdır? Bu qanunu kim yazıb ki, müğənnilər kasıb olmalıdır. Hamı kimi onlar da əziyyət çəkirlər, qazanc arxasınca qaçırlar. Bizim qazancımız toy məclislərindən gəlir. Nə xoş mənim və kolleqalarım halına ki, kimsə özəl günündə Nüşabəni, Mələkxanımı, Mətanəti, Ruhəngizi, Brilliant xanımı görmək istəyir”.


Xəbəri paylaş

1 2698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___