Əsəbləriniz gərgindirsə, ən adi hadisələrə qıcıqlanırsınızsa, BU ÇAY SİZİN ÜÇÜNDÜR
Tarix: 30-11-2017 | Saat: 11:18
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Müasir şəhər həyatında sakit əsəblərə sahib olmaq olduqca cətindir. Çoxlarımız isə elə düşünürük ki, mümkünsüzdür.
Tıxaclar, növbələr, gündəlik qayğılar, irili-xırdalı problemlər əsəblərimizə hakim kəsilərək gün ərzində bizi gərgin vəziyyətdə saxlayır və özümüzü çarəsiz sayırıq. Ancaq gəlin bu qədər də bədbinliyə qapılmayaq. Çünki əsəbləri sakitləşdirməyin xalq təbabətində çox sadə bir çarəsi var. Bir fincan ballınanə (melissa) çayı əsəblərinizi tam sakitləşdirəcək.
Ballınanə bitkisinə həm də limonotu, bədrənc, melissa da deyilir. Bu bitkinin qurudulmuş yarpaqlarından dəmlənmiş çayın orqanizm üçün bir çox faydaları var.
1. Sinir sisteminə olduqca müsbət təsir göstərir
2. Əsəbləri sakitləşdirir, gərginliyi aradan qaldırır
3. Stressə qarşı təsirli vasitədir
4. Fiziki və zehni yorğunluq zamanı sakitləşdirici təsirə malikdir
5. Normal yuxunu təmin edir
6. Ödqovucudur
7. Həzmi asanlaşdırır
8. Ürəyin fəaliyyətini normallaşdırır
9. Orqanizmin immun sistemini gücləndirir
10. İştəhanı yaxşılaşdırır
Qan təzyiqi aşağı olanlara ballınanə çayından istifadə etmək məsləhət görülmür. Çünki o qan təzyiqini aşağı salır.
Ballınanə çayının hazırlanması çox sadədir. 1 çay qaşığı qurudulmuş yarpağı 1 stəkan suda 10-15 dəqiqə dəmləmək lazımdır. Çaya yarım çay qaşığı bal əlavə etməklə onu daha da faydalı etmək olar. Ballınanə çayından soyuq halda da istifadə olunur.
Əgər gün ərzində əsəblərinizin sakit, əhvalınızın xoş olmasını istəyirsinizsə, bir fincan ballınanə çayı için. O gərginləşmiş əsəblərinizin öhdəsindən lazımınca gələcək. El arasında bu çaya elə-belə “oğul otu” deməyiblər.(modern.az)
Xəbəri paylaş
1 0628 dəfə oxunub.
Digər xəbərlər

11-01-2022, 11:37
Karantin tədbirləri bu halda sərtləşdirilə bilər - YENİ AÇIQLAMA - VİDEO
28-07-2018, 11:45
Bakıda parkomatların qiyməti dəyişəcək?
28-09-2016, 11:00
Dünyada İLK - 3 valideyni olan uşaq doğuldu
22-04-2015, 15:14
Fahişəliklə məşğul olan qadınlardan YENİ XƏBƏR
28-10-2017, 11:24
Qadağa qoyulan evlilik verilişi yenidən yayımlanır
16-07-2016, 14:45
Moskva Ankaraya çağırış etdi
8-06-2019, 00:34
Bakıda kriminal avtoriteti öldürənlər belə tutuldu: POLİSDƏN ƏMƏLİYYAT - FOTOLAR (YENİLƏNİB -2)
13-01-2017, 19:58
Şəmkirdə dəhşət: Toya çağırılmayan gənc bəyi bıçaqladı - FOTO
24-07-2016, 15:42
Deputat afrikalı rəsmilərlə Xocalıdan danışdı
7-01-2018, 11:36
Goranboyda tapılan 104 yaşlı çeçen qadınla bağlı – RƏSMİ AÇIQLAMA