Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vatsapda MÜKƏMMƏL YENİLİK
Tarix: 28-11-2017 | Saat: 18:52
Bölmə:Karusel / Texnologiya | çapa göndər

Vatsapda MÜKƏMMƏL YENİLİK
Məşhur mesajlaşma şəbəkəsi olan Vatsap daha bir yeniliyin tətbiqinə başlayır.
Vatsapın uzun müddətdir tətbiq etdiyi səsli mesaj xidməti yenilənir.
Belə ki, qarşı tərəfə səsli mesaj göndərmək üçün istifadəçi “mikrofon” işarəsini sıxıb saxlamalı, yalnız göndərmək istəyəndə əlini çəkməlidir. Bu isə bir çox istifadəçilər, xüsusən də, avtomobil idarəçiləri üçün bir işgəncəyə çevrilir. Bu gündən başlayaraq tətbiq edilən yenilənmə ilə artıq səsli mesaj göndərmək daha asan olacaq.
Bunun üçün səs yazısına başlayanda “mikrofon” işarəsini sıxmaq, səsi qeydə aldıqdan sonra isə göndər işarəsini seçməyiniz kifayətdir. Hazırda bu yenilik sadəcə iOS istifadəçilərinin xidmətindədir.
“AppStore”da Vatsapı yeniləməklə istifadəçilər bu yenilikdən yararlana bilər. Yaxın zamanda Android istifadəçiləri də səsli mesajı yeni üsulla göndərə biləcək.


Xəbəri paylaş

1 2328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___