Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trendin millisi, memin şiti…
Tarix: 27-11-2017 | Saat: 10:29
Bölmə:Karusel / Gündəm | çapa göndər


Heç kimə sirr deyil ki, İnternet, İKT, sosial şəbəkələr, o cümlədən mobil rabitə və smartfonlar ildırım sürətilə insanların həyatını, dünyagörüşünü, yaşam tərzini, hətta estetik-etik düşüncəsini dəyişməkdədir. Bundan yararalanan qüvvələr hər hansı bir cəmiyyəti, hətta ayrıca xalqı idarə etmək üçün hər gün yeni alətlər, innovasiya və kreativlik adı altında ictimai şüura ciddi təsir edə bilən formatlardan bəhrələnərək istədikləri ölkədə gizli, ya da açıq layihələr həyata keçirirlər. Bu zaman hər bir cəmiyyətin intellektual səviyyəsi, milli-mental dəyərləri, etik-mənəvi dünyası xüsusi nəzərə alınır, təsir alətlərinin kəskinliyini azaldıb-artırmaqla cəmiyyətdə olan ümumi psixoz durumu idarə edirlər. İctimai-sosial, iqtisadi-siyasi, mədəni-dini ideologiyalara xidmət edən yeni alətlərə maraqlı terminlər – adlar qoyulur.
İnternet və sosial şəbəkələrin son dəbdə olan alətləri trendlər, habelə memlərdir ki, onlardan da gizli reklam, ideoloji-psixoloji həmlələr, siyasi-dini, mədəni-mənəvi təzyiq vasitəsi kimi xalqın əsrlər boyu oturuşmuş dəyərlərinə qarşı istifadə edirlər. Sonuncu belə trend isə bu günlərdə Feysbuk sosial şəbəkəsində əsl virus kimi yayımlanan, adına “musiqi” qoyulan görüntülü materialla bağlı oldu. Xatırlamaq yerinə düşər ki, müstəqil tele-proqram istehsalçısı tərəfindən araya gətirilən, Müasir Azərbaycan Gəncliyi (MAG) verilişinin qonağı Vüsal Rzasoy adlı saqqallı, qadınsaqqallı şəxsin, əcnəbi produsserin “şah əsəri”nin qəribə ifası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Azərbaycan incəsənəti üçün yad olan Qərbvari üslubda ifa tərzi nümayiş etdirən musiqiçi MAG proqramında hansı ləhcədə oxuması müəyyənləşdirmək mümkün olmayan “Ayə, harayə gedirsən ayə?” mahnısını gitara ilə oxuması, həm də Pantomima Teatrında çalışan V.Rzasoyun qeyri-adi ifası çəkiliş meydanındakı qonaq və aparıcının təəccübünə səbəb olub. Məlum olduğu kimi, bu prqoram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə hazırlanaraq hər zaman milli-mənəvi dəyərlərimizin keşiyində duran Dövlət Televiziyasının efirində yayımlanır. Proqramın sözügedən kadrları AzTV-də yayımlanmasına icazə verilməyib və bu məntiqli, çox düzgün qərar başa düşüləndir. Dövlət televiziyasında rəhbər şəxslər, eyni zamanda, milliefirimizin keşiyində duran yradıcı-texniki heyət, istər də digər əməkdaşlar hər zaman milli-mənəvi dəyərlərimizin, estetik-mədəni sərvətlərimizin qorunmasında ayıqlıq göstəriblər. Hara, hansı qüvvələrə xidmət etdiyi məlum olmayan “kreativ”in zayı çıxaran “ifa”sını efirə buraxmamaqla çox düzgün qərar qəbul etdiklərini sayğıyla vurğulamamaq düzgün deyil. Amma hər bir fürsətdə xalqımızın mental dəyərlərinə, mədəni-estetik sərvətlərinə zərbə vurmağa çalışan bir qrup şəxs, onların toruna saldıqları saytlar, xəbər portalları, sosial şəbəkə resurslarında isə mənasız laqqırtı formasında, gitarada anlaşılmaz musiqi sədaları altında nəşəli gəncin ifasını trendə çevirərək az qala çağdaş incəsənət memi – ciddi musiqi sənəti nümunəsi kimi yeni nəsilə sırımaq istəyi baş tutdu.
Art-virus tezliklə gündəmi zəbt etdi, necə deyərlər, öz məhəlləsində belə tanınmayan bir şəxs bir günün içində tanınmağı bacardı… İndi cəmiyyətimiz qarşısında sual qoyulur: sabah bu format və üsullardan yararlanan bizi sevməyən qüvvələr Qarabağla bağlı, yaxud Azərbaycanla əlaqədar mənfi məlumatları da şifrələyərək musiqi əsəri altında xalqa sırımaq istəyən zaman bəs necə hərəkət edəcəyik? TV-də qadağan edilsə də, İnternet və sosial şəbəkələrdə belə ağlıçaşanları, ziyanlı trendləri yenə də ildırım sürətilə yayacağıq, yoxsa əvvəlcə düşünüb sonra hərəkət edəcəyik?! Baxın günün trend sualı, problemi də budur…
İctimai Nəzarət Koalisiyası İH-nin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, SİM İB rəhbəri Rasim Məmmədov


Xəbəri paylaş

7718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___