Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Çempionluq heç də asan olmayacaq” - Tale Heydərov
Tarix: 26-11-2017 | Saat: 09:08
Bölmə:Karusel / İdman / Müsahibə | çapa göndər


Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Kəpəz" - "Qəbələ" (1:6) maçından sonra qonaq komandanın prezidenti Tale Heydərov jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının iştirak etdiyi müsahibədə Heydərov komandasının çıxışını dəyərləndirib.
 
- “Qəbələ” “Kəpəz”lə səfər oyununda 6:1 hesablı qələbə qazandı. Stadiona gələrkən komandanızın bu cür asan qələbə qazanacağını gözləyirdinizmi?
- Gözləmirdik. Çünki ilk dövrədə “Kəpəz”ə 0:2 hesabı ilə öz meydanımızda uduzmuşduq. Ona görə də bu gün qələbə qazanmaq istəyirdik. “Kəpəz” sonuncu yerdə olsa da, bizim üçün vacib görüş idi. Bu cür hesab gözləmirdik. Komandamız yaxşı oynadı və gözəl nəticə qazandı.
 
- 13 tur ərzində “Qəbələ”nin çıxışına necə qiymət vermək olar?
- Məncə, yaxşı çıxış etmişik. Bəzi oyunlarda xal itirməməli idik. “Qəbələ” bəzən zəiflərlə oyunlarda gözlənilməz xal itkiləri ilə üzləşir. Amma ümumi mənada hazırkı durumdan razıyıq.
 
- Necə düşünürsüz, bu cür davam edəcəyi təqdirdə “Qəbələ” “Qarabağ”ın hegemonluğuna son qoya bilər?
- Bunun üçün çalışacağıq. “Qarabağ” çox güclü komandadır. Çempionlar Liqasında da yaxşı çıxış edir. Odur ki, çempionluq heç də asan olmayacaq.
 
- Qış fasiləsi, yeni transferlərlə bağlı baş məşqçi ilə söhbətiniz olub?
- Baş məşqçi istədiyi oyunçuları almağa hazırıq. Təbii ki, büdcə daxilində. Baş məşqçi həmişəki kimi istədiyi oyunçuları heyətə qatmaqda sərbəstdi.


Xəbəri paylaş

5468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___