Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ayə, çərə gedəyrəm, çora gedeyrəm” - Elza “Ayə, harayə gedirsən, ayə?”- yə belə CAVAB verdi
Tarix: 25-11-2017 | Saat: 16:42
Bölmə:Karusel / Maraqlı | çapa göndər


AzTV-də Müasir Azərbaycan Gəncliyi (MAG) verilişininin qonağı olan Vüsal Rzasoyun gitarada ifa etdiyi “Ayə, harayə gedirsən, ayə?” sözlərindən ibarət mahnı maraqlı müzakirələrə səbəb olub.
 
Bəziləri V. Rzasoyun ifasənda fəlsəfə axtardı, bəziləri isə onu “topa” tutdu.
 
Həmişə qeyr-adi şeirləri və mahnıları ilə gündəmdə olan əməkdar aryist Elza Seyidcahan da Vüsal Rzasoyun ifasına münasibət bildirib.
 
E. Seyidcahan açıqlamasında deyib ki, V. Rzasoyun o mahnını ifa etməsinə yaxşı baxır və bunu  alqışlayır.
 
“İndiki zamanda hamı başqasını pusur ki,  görüm başqası nə işlə məşğuldur? Mənə elə gəlir ki , Vüsal da o sözü ilə camaatın qəlbindən keçən sözləri -  “ayə, biz hara gedirik? Bizim musiqimiz hara gedir?” - demək istəyib. Hansı ki onu tənqid edən insanlar bizim klassik musiqimizə, xalq janrımıza xələl gətirən adamlardır. Onlar bilinmir türkü , qərbi ya şərqi yazırlar, axır ki bizim musiqi janrımıza xələl gətirirlər. Bu da, yaxşı ki, onlara cavab olaraq “Ayə, harayə gedirsən, ayə, Anan bilermi haraya gedirsən?” deyir.  
 
Bu da bizim Qazax ləhcəsidir. Burda pis nə varki?  İngilis dilində Rihanna kimi çılpaq bədənlilərə qulaq asanda nə yaxşı gurultulu alqışlarla alqışlayırıq? Biz əksəriyyətimiz heç onun dilini başa düşmürük. Vüsal  gitarası, yumşaq harmoniyası, səsi və  ləhcəsi ilə bir mesaj ötürür. Onun üçün çox tərif demək olar. Mən sizi inandırım ki, o getsin musiqisi ilə beynəlxalq mükafat alsın, başlayacaqlar ona yaltaqlanmağa, efirdə tərifləməyə. Amma bu günki gündə biz  öz yaxşımızı göstərməyə qorxuruq. Təbii ki bu bəzilərinə aiddir, şəxsən mən qorxmuram. Yaradıcılığımda da öz işimdəyəm. Vüsal da öz işində olmayanlara bir sual verib ki, harıyaessən ayə?”
 
“Rəşad Kəsəmənliyə yaraşdırmıram”

 
“Bu oğlana video roliklər hazırlayınb onu təhqir edirlər. Oğlanın haqqı var ki, onu təhqir edənləri məhkəməyə versin. Kimin nə ixtiyarı var ki, onu təhqir edir?  Biri deyir ki, o dana kimi böyürür.
 
O böyürmür, o oxuyur. Mən hər kəsə yaraşdıraram, amma Rəşad Kəsəmənliyə yaraşdırmaram, ən əsas ona görə ki, Nüsrət Kəsəmənli hər zaman yenilikçilərə dəstək olub. Mən belə bir şey eşitdim, bəlkə də Rəşad onun haqqında deməyib, dəqiq deyə bilmərəm. Amma hərhalda ona yaraşdırmaram. Kiminsə toyuğuna kiş demir, kiminsə anasına, bacısına sosial şəbəkələrdə təhqiramiz sözlər yazmır ki. Oxuyur oxusun da .
 
E. Seyidcahan qeyd edib ki, onu tənqid edənlər özləri orfoepiya qaydalarına heç normal əməl edə bilmirlər. 
 
“Özləri heç nə edə bilməyən bəzi adamlar sosial şəbəkələrdə təhqirlə özlərini reklam edirlər.  Mən bu yaxınlarda efirlərin birində bir müəllim gördüm. Deyir ki, mən 30 ilin müəllimiyəm. Məllimənin adını deyərdim, amma hörmət edib qeyd etmirəm. Deməli, bu müəllim “Azərbaycan”, “çünki” sözlərində c, ç –nı düzgün tələffüz etmədi, “məktəbimiz” sözünü də “məytəvimiz” kimi dedi. Deməli, bu bir sözdə 4 dənə hərfi, belə demək olarsa, yıxdı-sürüdü. Mənə maraqlıdır, bu müəllim görəsən 30 ildə neçə şagirdi bədbəxt eləyib? Dilçiliyimizdə olan problemimiz budur.  Vüsal kimi gənclərə dəstək olmalıyıq”.
Sonda isə Elza Seyidcahan Vüsala səslənərək qeyd edib ki, onu tənqid - təhqir edənlərə ikinci dəfə bir mahnı yazmasını məsləhət görür.
 
“Yazsın ki, “çərə gedəyrəm ayə, çora gedeyrəm ayə. Sizə nə var hara gedeyrəm, ayə? Anam bilir hara gedeyrəm, aya gedeyrəm, göyə gedeyrəm. Sənə nə var hara gedeyrəm?”


Xəbəri paylaş

1 1338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___