Dövlət Komissiyası: Əsgərimizin meyitinin qaytarılması üçün tədbirlər davam etdirilir
Tarix: 25-11-2017 | Saat: 16:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Noyabrın 23-də Ermənistan-Azərbaycan sərhədinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində tapıldığı və 27 sentyabr 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşmüş əsgər Cəlilbəyli Bəhruz Pərviz oğluna aid olduğu bildirilən meyitin qaytarılması ilə bağlı müvafiq prosedurlara uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib.
Komissiyadan APA-ya verilən məlumata görə, hazırda Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər davam etdirilir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Xəbəri paylaş
6638 dəfə oxunub.
Digər xəbərlər

25-01-2019, 11:39
Təhsil Nazirliyi tətillə bağlı çaşqınlığa aydınlıq gətirdi - RƏSMİ
18-05-2018, 14:23
"Hesablama Palatası haqqında" qanun layihəsi II oxunuşda qəbul edildi
28-04-2019, 19:02
Evdə qumbara partladı: 2 ölü, 1 yaralı var
1-04-2018, 23:03
Gənc oğlan qayınatasını elektrik mişarı ilə doğradı
11-07-2015, 15:10
“Azərsu”dan Bakı sakinlərinə – XƏBƏRDARLIQ
14-11-2016, 10:55
Əməliyyat olunan uşağın ayağında iynə qalıb - AZƏRBAYCANDA+VIDEO
28-10-2016, 17:50
Hər gün göy soğan yeyin! FAYDALARI
13-07-2020, 09:16
Ordumuz düşmənin dayaq məntəqəsinə belə zərbə endirdi - Baş leytenant şəhid oldu (VİDEO)
19-04-2018, 12:10
“Forbes”: Vahid Ələkbərov Rusiyanın 4-cü ən varlı iş adamıdır
31-07-2019, 11:40
Həqiqi hərbi xidmətə iyul çağırışı başa çatdı