Moskva vilayətində azərbaycanlı sahibkar özünü yandırıb
Tarix: 24-11-2017 | Saat: 13:43
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı özünü yandırıb.
Hadisə noyabrın 22-də günorta saatlarında baş verib.
Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan "haqq" tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb. Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına "haqq" verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.
Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.
Korolyovda yaşayan azərbaycanlılar APA-ya bildiriblər ki, hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı hələ heç bir tədbir görməyib. M. Vinoqradov hələ də azadlıqda gəzir. Azərbaycanlılar kapitanın Podlipka stansiyası ətrafında yerləşən piştaxta və mağaza sahiblərindən mütəmadi "haqq" tələb etdiyini təsdiqləyiblər. Bir qrup azərbaycanlı məlum hadisə və M. Vinoqradovun törətdiyi digər əməllərlə bağlı prokurorluğa şikayət ərizəsi yazıb.
Xəbəri paylaş
8378 dəfə oxunub.
Digər xəbərlər

28-02-2016, 10:27
Yatan zaman hansı dua və zikrləri oxumaq məsləhətdir?
11-10-2022, 15:35
Cəlilabada həkim avtoşluq etdi" "Qırmızı işıqa məhəl qoymadı"- VİDEO
24-08-2015, 15:37
Xalq artistləri hansı səbəbdən əlbəyaxa oldular? - SƏBƏBLƏR
7-02-2019, 13:15
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub-Fotolar
18-09-2019, 13:41
Prezident Stanislav Zası qəbul etdi - FOTO
6-08-2017, 14:42
"Mən idarə olunmuram, idarə edirəm"-FOTO
3-02-2019, 15:49
Rasim Balayev: “Yenidən Nəsimi obrazını canlandırmaram”
15-03-2023, 14:25
"Radara çatanda sürəti azaldıb sonra yenidən artırıram" - Dünənki ağır qəzanın səbəbkarı - VİDEO
22-09-2018, 22:20
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə iştirak edib - FOTO
12-03-2015, 18:30
Məşhur aparıcının uşaqlıq şəkilləri yayıldı – FOTO