Azərbaycanda bu ailələrə aylıq 10 manat veriləcək
Tarix: 23-11-2017 | Saat: 08:38
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər
Nazirlər Kabineti ‘Dövlət statistika orqanları tərəfindən büdcələri müşahidə olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən pul vəsaitinin məbləğinin müəyyən edilməsi haqqında” qərar verib.
Məlumata görə, qərara əsasən ev təsərrüfatı büdcələrinin tədqiqatının sosial və iqtisadi əhəmiyyətini, ölkə əhalisinin həyat səviyyəsində baş verən dəyişikliklərin təhlilində, makroiqtisadi göstəricilərin, o cümlədən istehlak qiymətləri indeksinin hesablanmasında xüsusi rolunu nəzərə alaraq, seçmə müşahidəyə cəlb olunan ev təsərrüfatlarına öz gəlir və xərclərinin uçotunu apardıqlarına görə ödənilən aylıq pul vəsaitinin məbləği 10 manat səviyyəsində müəyyən edilib.
Həmin pul vəsaitinin ödənilməsi hər il üçün dövlət büdcəsində Dövlət Statistika Komitəsinin saxlanılması xərclərinin tərkibində bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına həyata keçiriləcək. Bu qərar 2018-ci il 1 yanvar tarixindən qüvvəyə minir.
Nazirlər Kabineti yeni qərarın qəbulu ilə əlaqədar “Dövlət Statistika Komitəsi tərəfindən büdcələri müşahidə olunan ailələrə öz büdcələrini aparmalarına görə verilən pulun miqdarının müəyyən edilməsi haqqında” 1993-cü il 8 fevral tarixli qərarını ləğv edib. Qüvvədə olan həmin qərara əsasən ailələrə öz büdcələrini apardıqlarına görə verilən pulun ayda miqdarı 1,65 manat qədər müəyyən edilib.
Xəbəri paylaş
1 6758 dəfə oxunub.
Digər xəbərlər

20-06-2015, 11:19
Prezident Qarabağ qazisi ilə görüşdü
10-04-2015, 00:57
Bakıda Tamara Kvisitadzenin fərdi sərgisi açılacaq.
22-08-2017, 12:02
Bankomatlardan pensiyaçıların pulunu oğurlayan şəxs tutuldu - VİDEO
6-09-2020, 17:08
Rusiyada raket əsgərin çiynində partladı - Video
12-10-2023, 14:35
Telegramda azərbaycanlı qızların ifşalarını paylaşan oğlan həbs edildi
21-12-2016, 18:39
Rusiyada 62 dərəcə şaxta
27-01-2016, 21:06
“Azərbaycan” qəzeti satış problemi ilə üzləşib
25-06-2015, 21:02
Teymur Məmmədov: Bu yaxınlarda oğlum olacaq, qələbəmi ona həsr edirəm