Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaur Kamal 7-ci sinif şagirdinə elçi getməsi araşdırılacaq - VİDEO
Tarix: 17-11-2017 | Saat: 11:51
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

 
"Xəzər TV"-nin "5-də 5" verilişinin aparıcısı Zaur Kamal "Elçilik" rubrikası üçün 7-ci sinif şagirdinə elçi gedib.
15 yaşlı məktəbli qızın anası isə buna etiraz edib.
"Qızımı ərə vermək fikrim yoxdur. Deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir", - deyə ana söyləyib.
Qeyd edək ki, Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapıb. Bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur.

Aparıcı Zaur Kamalın “5-də 5“ verilişinin “Elçilik” rubrikasında 7-ci sinif şagirdinə elçi getməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi münasibət bildirib.Komitənin Aparatının informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov sosial şəbəkədə qeyd edib ki, faktla bağlı tədbir görülür.



Xəbəri paylaş

1 6938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___