Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kupçasız evlərdən xəbər gəldi
Tarix: 02-07-2015 | Saat: 09:34
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Kupçasız evlərdən xəbər gəldi
Xeberaz.az xəbər verir ki, Paytaxtda qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi uzun müddət müzakirə mövzusuna çevrilsə də, hələki qanunsuz tikililərin aqibətindən səs-soraq yoxdur. İki il bundan öncə qanunsuz tikililərin siyahıya alınması prosesi aparılsa da, həmin tikililərə nə vaxt sənəd veriləcəyi məsələsi bu günədək sual olaraq qalır. Evini fərdi olaraq sənədləşdirmək, yəni kupça almaq üçün müraciət edən vətəndaşlara isə müxtəlif bəhanələr gətirilir. Esmira Nuriyeva adlı vətəndaş deyir ki, Abşeron rayonunda meşə zolağı adlı ərazidə torpaq sahəsi alsa da, evin tikintisinə rayon İcra Hakimiyyətindən icazə verilmir. Səbəb kimi isə torpağın kənd təsərrüfatı təyinatlı olması göstərilir. Dövlət Neft Şirkətinin balansında olan ərazilərdə tikilən evlərin də sənədləşdirilməsi həlli müşkülə düşən problemə çevrilib. Hətta pay torpağı kimi Bakı kəndlərinin sakinlərinə paylanılan torpaqlarda özlərinə ev tikən insanlar bu günədək öz pay torpaqlarında tikdikləri mülkü sənədləşdirə bilmilər. ARDNŞ həmin torpaqların onların balansında olduğunu, bələdiyyələr isə torpaqların onlara məxsus olduğunu iddia edir. Məsələnin görünən tərəfi isə ondan ibarətdir ki, həmin ərazilərdə ev tikən vətəndaşlar kupça almaq üçün mütləq ARDNŞ-dan rəsmi formada həmin torpağın onların balansında olmadığını təsdiqləyən məktub almalıdırlar. Həmin məktub isə ARDNŞ-dan öz ərazisində ev tikən heç bir vətəndaşa verilmir. Beləcə qanunsuz evlərin sənədləşdirilməsi məsələsi düyünü açılmayan problem olaraq qalmaqdadır.
Bəs görəsən problem hansı səbəbdən yubanır? Qanunsuz tikililərin sənədləşdirilməsi prosesini tezləşdirmək üçün hansı addımlar atılmalıdır? Movqe.az bununla bağlı kiçik araşdırma aparıb.

Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov problemin çıxış yolunu qanunsuz tikililərin inşa olunduğu torpaq sahələrinin invertizasiyasında görüdyünü deyir. Ekspertin sözlərinə görə, ilk növbədə həmin torpaqların təyinatı, hansı qurumun balansında olması məsələsinə aydınlıq gətirilməlidir: "Tutaq ki, qanunsuz tikilinin inşa olunduğu torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Bu o deməkdir ki, orda əkin-biçin aparıla bilər, hətta obyekt tikilirsə, o da kənd təsərrüfatı təyinatlı olmalıdır. Amma reallıqda mənzərə başqadır. Tikililərin hamısı fərdi evlərdir. Bu zaman həmin tikililərə sənəd vermək üçün inşa olunduğu ərazi, yəni torpaq sahəsinin təyinatı dəyişdirilməlidir. Yəni torpaq sahəsi bir qurumdan alınıb başqa qurumun balansına verilməlidir. Bu proses də kor-koranə aparıla bilməz. İlk növbədə torpağın kənd təsərrüfatına yararlı olub-olmadığı araşdırılmalıdır. Əgər yararsızdırsa, müvafiq icra qurumu həmin ərazinin qurumun balansından çıxarılması üçün təklif hazırlamalı və Nazirlər Kabinetinə təqdim etməlidir. NK təsdiqləyəndən sonra torpağın təyinatı dəyişdirilməli, fərdi ev tikintisinin aparılması üçün müvafiq icra orqanının balansına salınmalıdır.Bundan sonra həmin qurum tikinti üçün icazə verə bilər”.

Ekspert deyir ki, ARDNŞ-ın torpaqları iddia olunduğu ərazilərdə də qanunsuz tikililərin aqibəti eynidir: "ARDNŞ həmin torpaqların bir qismini müqavilə ilə Binəqədi OİL-ə istismar üçün verib. Həmin qurum deyir ki, əhalinin tikdiyi ev mənim torpağımdır. Bu halda həmin evlərə kupça verilə bilməz. Çünki, faktiki torpağın sahibi ARDNŞ-dır. Buna görə də, həmin ərazilər artıq istismar olunmasa belə mütləq o ərazilərin istismara yarasız olduğu barədə qərar çıxarılmalı, bundan sonra sənədlər hazırlanmalı, o ərazilərin ARDNŞ-nın balansından çıxarılması üçün NK-ya sənədlər təqdim olunmalıdır. NK təsdiqlədikdən sonra həmin ərazilər müvafiq icra hakimiyyətlərinin, bələdiyyələrin balansına verilməlidir. Bundan sonra həmin ərazilərdə tikilən qanunsuz evlərin sənədləşdirilməsi mümkündür. Ona görə də, bu problemin həlli yolu qanunsuz tikililərin inşa olunduğu torpaqların invertizasiyasından keçir”.

Millət vəkili Tahir Rzayev də qanunsuz tikililərin sənədləşdirilməsi prosesinin kifayət qədər uzanmasından narahatçılığını ifadə edib. Movqe.az-a bu barədə danışan millət vəkili deyir ki,qanunsuz tikililərin sənədsiz qalması uzun müddət davam edə bilməz: "Bunun sadələşdirilmiş bir yolu tapılmalıdır. Təhlükəli ərazilərdə tikilənlər doğurdan da təhlükə varsa sökülməlidir, yox, əgər təhlükəli deyilsə, problem yaratmırsa sənədləşdirilməsinə imkan verilməlidir. Axı qanunsuz dediyimiz evlərin tikildiyi ərazilərin çoxu artıq yaşayış massivinə çevrilib. Dövlət həmin ərazilərə su, elektrik, qaz xəti çəkilib. Bütün infrastruktur varsa, torpaqla bağlı mübahisəli məqamları həll edib Əmlak Komitəsi tərəfindən ilin sonuna qədər qanunsuz tikililərə kupça verilə bilər”.


Xəbəri paylaş

7058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___