Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Möcüzə üçün “Qarabağ” da uğurlu olmalıdı” – “Atletiko”nun prezidenti
Tarix: 12-11-2017 | Saat: 14:11
Bölmə:Karusel / İdman | çapa göndər


Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Atletiko” prezidenti Enrike Serezo ölkəsinin mətbuatına geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Marka” nəşrinə danışan madridlilərin prezidenti komandasının Çümpionlar Liqasındakı uğursuz çıxışından bəhs edərkən “Qarabağ”la oyunlara da toxunub.
 
Sözügedən müsahibədən “Qarabağ”la hissələri təqdim edirik.
 
- Hər zaman iddia etmisiniz ki, hazırkı heyət “Atletiko” tarixinin ən yaxşı komandasıdır. Ancaq bu komanda Çempionlar Liqasından kənarda qala bilər...
- Mən həmişə demişəm, yenə vurğulayıram ki, bu, klub tarixinin ən yaxşı komandasıdır. Ancaq futbolda yaxşı və pis nəticələr olur. Bir gün qalib gəlirsən, başqa gün məğlub olursan. Məsələn, “Roma” ilə oyunda biz 4 dəfə real qol şansını əldən verdik. “Qarabağ”la qarşılaşmada isə 14 000 şansımız var idi. Bu, təkcə “Atletiko”nun deyil, bir çox elit klubların başına gələ biləcək problemdir. Yenə deyirəm, bizim fantastik komandamız, möhtəşəm baş məşqçimiz və gözəl hədəflərimiz var. Bu, indiki halda mənim üçün kifayətdir.
 
- Çempionlar Liqasında möcüzə baş verəcəyinə inanırsız?
- Asan deyil, ancaq möcüzə edə biləcək bir komanda varsa, o da məhz “Atletiko”dur. Əgər siz bir şeyi çox gözləyirsinizsə, bu, mütləq baş verəcək. Məqsədimiz qalan iki oyunumuzda qələbə qazanmaqdır. “Qarabağ”ın da “Roma” və ya “Çelsi”yə qarşı uğurlu olmasını istəyirik.


Xəbəri paylaş

5488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___