Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
13 yaşlı velosipedçini maşınla vurub öldürdü- Fotolar
Tarix: 02-07-2015 | Saat: 02:25
Bölmə:Karusel / Hadisə / M2 / Fotogalereya | çapa göndər

13 yaşlı velosipedçini maşınla vurub öldürdü- Fotolar

Zaqatalada velosipedçinin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.


Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, hadisə iyul ayının 1-i axşam saatlarında rayonun 3-cü Tala kəndi ərazisində baş verib. Rayonun 3-cü Tala kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Oruc oğlu Musayev idarə etdiyi “VAZ 2114” markalı 62 BX 089 dövlət nömrə nişanlı avtomobillə kənd ərazisində hərəkətdə olarkən maşının idarəetməsini itirib və yolla hərəkətdə olan velosipedçi, Zaqatala şəhər sakini 2002-ci il təvəllüdlü, Hacı Rövşən oğlu Mehdiyevi vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı velosipedçi Hacı Mehdiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Zaqatala RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralı Hacı Mehdiyev xəstəxanaya daxil olduqdan bir-neçə saat sonra həkimlərin səyinə baxmayaraq aldığı ağır bədən xəsarətlərindən ölüb.

Məlumatda bildirilir ki, qəza törədən Orxan Musayevin idarə etdiyi maşın əmisi Mübariz Musayevə məxsusdur. Hacı Mehdiyev isə velosipedlə Zaqatala şəhərindən rayonun 3-cü Tala kəndində yaşayan babasını ziyarət etməyə gedirmiş.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.




Xəbəri paylaş

6088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___