Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məktəb direktoru danışdı: ”Orada elə kadrlar var ki,...”
Tarix: 01-07-2015 | Saat: 22:49
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Məktəb direktoru danışdı: ”Orada elə kadrlar var ki,...”
Femida.az-a Bakının Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbin birində sinif otağında müəllimə ilə şagirdin videosunun yayılması barədə məlumat daxil olub.

Həmin məktəbin 11-ci sinif şagirdi Məmmədova Nəzrinin (ad,soyad şərtidi) sözlərinə görə sinif otağında ingilis dili müəlliməsi ilə onun gizli çəkilmiş videosu təqdim olunub. Şagirdin sözlərinə görə məktəbin ingilis dili müəlliməsi ilə aralarında şagird müəllimə münasibəti olub. Məktəb direktorunun dediyinə görə, valideyinlərdən biri sinif otağına kamera quraşdırıb və onların görüntüsünü qeydə alıb.

Video görüntülərdə məktəbin şagirdi sinifə daxil olaraq, müəllimənin üzündən öpməsi əks olunub. Sonra digər şagirdlər otağa daxil olublar. Məktəblinin sözlərinə görə, onlara maraqlı olan məsələ odur ki, video qışda çəkilibsə, niyə bu gün yayılıb bu kadrlar. Şagirdin iddiasına görə qeyd olunan videoda hansısa tərbiyəsiz görüntü yoxdur. Onlar bunu qəsdən ediblər ki, müəlliməni işdən çıxarsınlar.

Xeberaz.az xəbər verir ki, Femida.az məsələ ilə bağlı məktəbin direktoru Nazilə müəllimə ilə əlaqə saxlayıb. Məktəb direktoru Femida.az-a hadisə ilə bağlı bunları açıqlayıb:

”Qeyd etdiyiniz məsələni mənə dünən təqdim ediblər. Bir valideyn fləşkartda həmin videogörüntünü mənə təqdim etdi. Orada elə kadrlar var ki, mən onları sizə göstərə, yaxud deyə bilmərəm. Müəllimə öz günahını başa düşdü və işdən öz ərizəsi ilə çıxmasına razılaşdı. İndi mətbuata müraciət edirsə, bu onun özünə qarşı bir çıxış oldu. Mən bununla bağlı nazirliyə müraciət edəcəm.

Bəs kadrlar qışda çəkilibsə, indi niyə göstərilir? Sualına məktəbin direktoru belə cavab verdi:

” Mənə görüntüləri indi təqdim ediblər. Mən də məsələdən məlumat tutan kimi, tədbir gördüm. Müəlliməni otağıma çağırdım və ərizəsin yazmağı xahiş etdim.”

MÜXBİR: KƏNAN MƏMMƏDOV


Xəbəri paylaş

8068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___