Messi: "Dünya çempionu olsaq, Müqəddəs Nikolas kilsəsinə piyada gedəcəm"
Tarix: 09-11-2017 | Saat: 11:22
Bölmə:Karusel / İdman | çapa göndər
Argentina millisinin lideri Lionel Messi "TyC Sports" kanalına müsahibə verib.
Ulduz futbolçu ilk öncə 2018-ci ildə Rusiyada təşkil olunacaq mundialda favoritlərini açıqlayıb.
"Dünya çempionatının qrup mərhələsində İspaniya ilə düşmək bizim üçün ən pis sürpriz olardı. Onlarla qarşılaşmaq istərdim, ispanlar güclü rəqibdir. Braziliya, Almaniya, Fransa da dünya çempionatının favoritləri sırasındadır. Bu komandalar hazırda ən yaxşı təsir bağışlayan, usta oyunçulara malik kollektivlərdir.
Dünya çempionatına vəsiqə qazanacağımıza inanırdım. Ekvadorla oyundan öncə də məsələni həll edə bilərdik. Dünya çempionu olsaq, söz verirəm, Müqəddəs Nikolas kilsəsinə piyada gedəcəm. Hamımız dünya çempionatının qalibi olmaq istəyirik".
Müqəddəs Nikolas kilsəsi Messinin doğma şəhəri Rozarionun bir neçə kilometrliyində yerləşir. Bu ərazi Müqəddəs Məryəmin görünməsinə görə məşhurdur. Messi karyerasını Rozarioda başa vurmaq istədiyini bir daha qeyd edib.
"Növbəti illərdə nə olacağını bilmirəm. Gələcəyə köklənmirəm, bu günlə yaşayıram. Yenidən "Newell's Old Boys"da, çox oyun gördüyüm stadionda oynamaq istərdim.
Argentina millisində yalnız mənim dostlarımın oynadığını demək hörmətsizlikdir. Mənim belə qərarlar verməyim tamamilə yalandır. Heç vaxt hansısa futbolçunu heyətə salmaq və ordan çıxarmağı xahiş etməmişəm və etməyəcəm də".
Xəbəri paylaş
7448 dəfə oxunub.
Digər xəbərlər

9-05-2016, 17:59
Xərçəngdən dünyasını dəyişən aktrisamızın doğum günüdür
14-05-2016, 01:50
Tərtərdə atışma davam edir - İcra başçısı
25-07-2015, 18:37
Müdafiə naziri şəhid əsgəri təltif etdi
3-09-2015, 01:22
İŞİD-Toyuqlardan “canlı bomba” kimi istifadə etməyə başlayıb
18-02-2018, 12:50
YENİLİK: internetdə evlənmək mümkün olacaq
11-07-2015, 13:33
Şeyx prezidentə Ramazan əfvi üçün müracət edəcəkmi?
23-03-2017, 12:25
İradə İsaq "Space"in aparıcısını biabır etdi
24-06-2015, 20:16
Bələdiyyə sədrini və ərini öldürənlər haqda şok anonim məktub
17-02-2018, 11:37
Qan qrupuna görə EVLİLİK - Kimlərlə evlənmək OLMAZ?