Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 23 yaşlı qızdan dəhşətli əməl - ƏRİNİ DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ
Tarix: 08-11-2017 | Saat: 09:03
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


Ötən gecə Bakının Sabunçu rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.Məlumata görə, Sabunçu qəsəbəsi Əbdülkərim Əlizadə küçəsində həyat yoldaşı Vəliyev Nazim Fəxrəddin oğlunu öldürən Vəliyeva Tünzalə Elşad qızının 24 yaşı var.
 
Bildirilir ki, 1989-cu ildə anadan olmuş və əslən Qərbi Azərbaycandan olan Nazimlə Gədəbəy rayon sakini Tünzalə Vəliyeva 4 il əvvəl ailə həyatı qurub. Onlar Sabunçu qəsəbəsində yaşamağa davam ediblər və 2 övladları dünyaya gəlib. Lakin cütlük arasında münasibətlər zaman keçdikcə daha da pisləşib. Nazim tez-tez xanımını döyürmüş. Onun içkili vəziyyətdə evə gəlməsi münasibətləri daha da kəskinləşdirib. Geridə qalan müddətdə Tünzalə həyat yoldaşı barəsində polisə şikayət də edib.
 
Dünən gənc ər-arvad arasında növbəti dəfə eyni səpkili münaqişə yaranıb və Nazim Tünzaləni vəhşicəsinə döyüb. Bu zaman 24 yaşlı qadın masanın üzərindəki iri meyvəqabı ilə onun başına zərbə endirib. Ağır xəsarət alan Nazim yerə yıxılıb. Ərinin qalxıb onu öldürəcəyindən qorxan Tünzalə Vəliyeva tez məişətdə istifadə edilən kiçik qaz balonunu gətirib və onun başına bir neçə öldürücü zərbə endirib. 28 yaşlı Nazim Vəliyev hadisə vaxtı ölüb.
 
Hadisə vaxtı Tünzalənən bir qolu sınıq olub və gipsdə imiş. Belə ki, təxminən 1 həftə əvvəl əri onu stulla döyüb və qızın qolu sınıb.
 
Faktla bağlı cinayət işi açılıb, Tünzalə Vəliyeva tutulub.(lent.az)
 
*****
 
6:26
 
Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.
 
"Xəbəraz.Az"-ın "report"a istinadən xəbərinə görə, Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib. Nəticədə N.Vəliyev ölüb. Hadisəni törədən qadın (ad-soyad açıqlanmır) Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
 
Hadisə baş verən zaman N.Vəliyev sərxoş olub. Bildirilir ki, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub.
 
Ər və arvadın birgə nikahdan iki övladı var.




Xəbəri paylaş

8208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___