Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bayraq Meydanı 9 noyabrda bayraqsız qalacaq
Tarix: 07-11-2017 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm | çapa göndər


Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət atributunun önəmini vurğulayan sərəncam məhz 2007-ci ildə imzalanıb. Bu sərəncamla Bakıda Dövlət Bayrağı Meydanı yaradılıb. 
Meydanın təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 
Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
 
Bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı fərmanla Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi birləşdirilərək, onların əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. 
Bu il yaradılmasının 10 illiyi qeyd olunacaq Meydanda asılan bayrağın müəmmalı şəkildə sökülməsinə hələ də aydınlıq gətirən yoxdur. Görünən odur ki, Bayraq Günündə də bayraq yerinə asılmayacaq.


Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov deyib ki, bu gün qurum tərəfindən Bakı Biznes Mərkəzində Bayraq Gününə həsr olunmuş böyük elmi seminar keçirilib:


“Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirir. Bu gün Bakı Biznes Mərkəzində “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” mövzusunda elmi seminar təşkil olundu. Tədbirdə ölkənin tanınmış alimləri, nazir müavinləri, bir çox rayon icra başçısı iştirak edirdi”.


N.Məcidov bildirib ki, Bayraq Meydanındakı bayrağın 9 noyabrda asılması nəzərdə tutulmayıb:


“Təmir-bərpa işləri davam edir. İşlərin yekunlşacağı vaxt barədə dəqiq məlumat yoxdur. Həm də biz bayraq gününü bu gün Bakı Biznes Mərkəzində qeyd etdik”.
 
Qeyd edək ki, bir müddət öncəyədək Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, ağırlığı isə 350 kiloqramdır.


Xəbəri paylaş

1 2368 dəfə oxunub.

Digər xəbərlər
26-08-2015, 15:56 İradə İbrahimova qorxur

bütün xəbərlər
____ Instagram ___