Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
3 uşağını atıb başqasına qaçan ana barədə QƏRAR VERİLDİ
Tarix: 06-11-2017 | Saat: 13:59
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər


Bakıda 8 ay əvvəl küçəyə atılan 3 azyaşlı barədə yeni xəbər var. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, hüquq müdafiəçisi Vasif Akiflinin verdiyi məlumata görə, artıq uşaqlar üzərində qəyyumluq hüququ ana Xəyalə Kərimovadan alınıb.
 
V.Akifli bildirib ki, uşaqlar üzərində qəyyumluq Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayevaya verilib. Azyaşlılar hazırda Birliyin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində yaşayırlar və vəziyyətləri yaxşıdır.
 
Xatırladaq ki, bir müddət əvvəl Bakıda Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını öz anasının öhdəsinə qoyaraq, başqa kişiyə qoşulub qaçması haqda mətbuatda xəbər yayılmışdı. Anası tərəfindən tərk edilən uşaqları sonradan nənə də küçəyə atmışdı.
 
3 azyaşlı küçədə baxımsız və kimsəsiz şəkildə polis tərəfindən aşkarlanaraq, Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdi.   
 
Qeyd edək ki, Xəyalə Kərimova həyat yoldaşı ilə 2015-ci ildə məhkəmə vasitəsi ilə boşanıblar. 3 uşağa görə 90 manat aliment pulu kəsilsə də, 2015-ci ildən bəri ata bir dəfə də olsa aliment ödəməyib və uşaqları ilə maraqlanmayıb.





Xəbəri paylaş

1 0678 dəfə oxunub.

Digər xəbərlər
16-03-2015, 09:58 Dollar ucuzlaşdı!

bütün xəbərlər
____ Instagram ___