Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadınlar bu xasiyyətlərini heç vaxt dəyişməsin - MƏSLƏHƏT
Tarix: 05-11-2017 | Saat: 20:25
Bölmə:Karusel / Qadınlar / Maraqlı | çapa göndər


Bəzən tanış olduğunuz birini o qədər çox bəyənərsiniz ki, "heç vaxt etmərəm", - dediyiniz nəsnələri də etmiş olarsınız. Bunun pis bir şey olduğunu deyə bilmərik, əgər sizi yaxşıya doğru yönəldirsə, deməli, gözəl bir şeydir. Amma bir kişi üçün qətiyyən dəyişdirməməli olduğunuz xüsusiyyətlər də var. 
1.    Dəyərləriniz. Karyera sahibi olmaq sizin üçün dəyərlidir. Ancaq o, "bir qadının işi uşaq dünyaya gətirib ona baxmaqdır", - deyə düşünürsə, dəyərlərinizi dəyişməkdənsə, kişini dəyişdirməyə çalışın.
 
2.    Xəyallarınız zamanla dəyişib yenilənir. Ancaq həqiqətən çox istədiyiniz xəyal və istəklərinizi kişiyə qurban verməyin. Çünki bu, o, sizin yanınızda olsa da belə, sizi üzgün edəcək.
 
3.    Çəkiniz.  Arıqlamağınızı, ya kökəlməyinizi istəyirsə, ona görə bunu etməyə ehtiyac yoxdur. Edirsinizsə, özünüzə görə edin.
 
4.    Karyera seçimi də xəyallarınız kimi tez-tez dəyişə bilər. Ona görə işinizi dəyişməyiniz peşmanlıq yaratmasa da, gələcəkdə sizi maddi-mənəvi sıxıntıya soxa bilər.
 
5.    Dost seçimi. Sevgililər gələr-gedər, ancaq dostluq ömür boyu davam edər. Sevgiliniz dostlarınızı bəyənmir deyə onlardan imtina edə bilməzsiniz. Ancaq əgər dostlarınız sevgilinizi bəyənmirsə, səbəbini öyrənin.
 
6.    Ailəniz. Sizi həqiqətən sevən biri, qətiyyən sizi ailənizdən uzaqlaşdırmaz. Tək sevgiliniz üçün deyil, heç kim üçün ailənizdən imtina etməyin.
 
7.    Əgər dininizi bir başqasına görə dəyişsəniz, mənəvi boşluğa düşmüş olarsınız.
 
8.    Hər zaman geyim tərzinizi sevir və rahatsınızsa, niyə ona görə dəyişəsiniz ki?! Həm sizi olduğunuz kimi bəyənmirsə, niyə yanınızdadır bəs?
 
9.    Yaşam tərzinizi və xasiyyətinizi bəyənməyən biri ilə birgə olmayın. Yoxluğunu hiss edib üzgün olacaqsınızsa, sizə dəyərli olan şeydən imtina etməyin.


Xəbəri paylaş

1 2568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___