Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmış hüquqşünasdan Baş Prokurora və DİN rəhbərinə MÜRACİƏT...
Tarix: 04-11-2017 | Saat: 11:30
Bölmə:Karusel / Gündəm | çapa göndər




Keyfiyyətli hüquqi yardım hüququna dair nümunə:

Baş Prokuror Z.Qaralovun və Daxili İşlər Naziri R.Usubovun nəzərinə.
Hörmətli cənablar!

Bakı şəhər sakini X. A. Zeynalova oğurluqda ittiham edilərək Nəsimi rayon polis idarəsi tərəfindən saxlanılıb və haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

21 iyul 2017-ci ildə, saat 06-30 radələrində, şəxsən mənim iştirakımla X. Zeynalovanın bacısı Zeynalova Arzu Abduləli qızının da mənzilində axtartış aparılıb və evdən, üstündə "Natiqin 2900 manat", "Ağanın 2900 manat" və "Arzu 2000 manat " yazılan kağız bağlamalarda cəmisi 7800 manat pul və 21 adda qızıl-zinət əşyaları Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən götürülüb.

Diqqətinizə çatdırım ki, Natiq və Ağa A.Zeynalovanın qardaşlarıdır. Tanınmaya təqdim edilən zaman aydın olub ki, A.Zeynalovanın evindən götürülən qızıl-zinət əşyalarının arasında oğurlanan qızıllardan yoxdur. Yəni həm pullar, həm də qızıl-zinət əşyaları A.Zeynalova və qardaşlarının halal malıdır. Artıq 3 ay 12 gün keçməsinə baxmayaraq, A. Zeynalovanın pulu və qızıl-zinət əşyaları özünə qaytarılmır. Bu pullar xəstə olan A.Zeynalovanın müalicəsi üçün hava-su kimi vacibdir. Onun həm də iki azyaşlı övladı var. Ailə, faktik olaraq, acından ölmək təhlükəsi qarşısında qoyulub.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Nəsimi Polis İdarəsinin istintaq idarəsi pulu və qızıl-zinət əşyalarını, qanunsuz və əsassız olaraq, qaytarmaqdan imtina edir.

Bu gün A.Zeynalovanın mənə bildirdiyinə görə, Nəsimi rayon prokurorluğunda hansısa vəzifəli şəxs pullarını və qızıl-zinət əşyalarını qaytarmaq müqabilində ondan "şirinlik" istəyib. Onunsa bu "şirinliyi" vermək imkanı yoxdur.

Hörmətli Baş Prokuror və hörmətli Nazir! 

Xahiş edirəm, A.Zeynalovanın keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etməklə, ona məxsus pul və qızıl-zinət əşyalarının qaytarılmasını təmin edəsiniz.
Hörmətlə. Nümayəndə Məmmədov Qurban Cəlal oğlu





Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___