Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda "metro işgəncəsi" nə vaxt bitəcək? - Gecikən qatarlar, sıxlıq...
Tarix: 03-11-2017 | Saat: 14:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda "metro işgəncəsi" nə vaxt bitəcək?
Son günlər Bakı metrosundan istifadə edən sərnişinlər səhər saatlarında problemlərlə üzləşir.
Buna səbəb metroda yaranan nasazlıqla bağlı qatarların gecikməsi olur. 2 dəqiqəlik interval 8, 10 dəqiqəyə kimi uzanır. Bu da metroda sıxlığın yaranmasına, işə, dərsə gedən insanların gecikməsinə səbəb olur.
Təəssüflər olsun, ötən gün də Bakı metrosunda növbəti dəfə problem yaranıb. Belə ki, platformaya yerləşməyən insanlar turniketlərin yanına kimi növbə gözləyib. Qatarlara minə bilməyən sərnişinlərin əksəriyyəti əks istiqamətdə hərəkət edən qatarlara minərək Həzi Aslanova gedib, yenidən qayıtmaq məcburiyyətində qalıblar. "28 May" stansiyasında isə çaşqınlıq yaranıb. Sərnişinlərə metronun "İçəri Şəhər" və ya "Dərnəgül" istiqamətinə gedəcəyi barədə dəqiq məlumat verilməyib.Tabloda bir şey yazılsa da, qatarın sonradan başqa istiqamətə hərəkət etdiyi açıqlanıb. Yaranmış sıxlıq nəticəsində bəzi sərnişinlərin halı pisləşib.
Baş verən problemlə bağlı sərnişinlər sosial şəbəkədə iradlarını bildirməyə başlayıblar.
Məsələ ilə bağlı açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, insanların haqlı iradları var:
“Dünən baş verən hadisə ilə bağlı konkret səbəblər var. Qatar xarab olmuşdu. Təhlükəsizliklə əlaqədar onu xəttəndan çıxarmalı idik. Amma o biri sərnişinlərin gözləməsi üçün “Neftçilər” və “Əhmədli” stansiyasından qatarlar verdik. Hadisə sadəcə olaraq pik saata təsadüf etdi. Sərnişinlər də haqlıdır. İşə gedəni, tələsəni var, sıxlıq yaranır. Amma nəzərə almaq lazımdır ki, bu, hər gün baş verə bilən proses deyil və sırf texniki nasazlıqla bağlıdır. Yəni ki, kiminsə səhlənkarlığı nəticəsində yaranmayıb. Biz tənqidə hər zaman açığıq. Mən özüm də daim sosial şəbəkədəyəm. Sosial şəbəkədə metro ilə bağlı qeyd olunan bütün məlumatların hər biri bizdə qeydiyyata alınır. Hər hansı bir problem, qüsurumuz varsa, aradan qaldırılır”.


Xəbəri paylaş

9148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___