Fədayə Laçın şikayət etmədi
Tarix: 02-11-2017 | Saat: 13:32
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Penitensiar Xidmət əməkdaşları, müğənni Fədayə Laçın və digərləri barələrində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün apellyasiya şikayəti verməyiblər.
Onlar şikayət vermək hüququndan imtina ediblər.
Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə ötən gecə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Xəbəri paylaş
1 6478 dəfə oxunub.
Digər xəbərlər

13-04-2017, 11:34
Prezident Kiyev meri Kliçkonu qəbul edib
16-02-2017, 20:17
Zakir Həsənov da Valeri Gerasimovla görüşdü
22-03-2021, 02:27
Sevgilisinin lüks avtomobili oğurluq çıxdı - FOTO
22-10-2015, 20:20
İlham Əliyev Lənkərana pul ayırdı
22-04-2015, 12:57
Artıq iPhone işlədənlərdə WhatsApp-dan zəng edə biləcəklər
21-07-2016, 12:28
Türkiyədə Fövqəladə vəziyyətlə bağlı sənədlər PARLAMENTDƏ
2-04-2017, 12:03
Fərdanın Türkiyədə çəkildiyi filmlə bağlı QALMAQAL: "İdeyanı məndən oğurlayıblar" - FOTO
20-03-2015, 22:42
Düşmən ordunu ifşa edən səsyazı (VİDEO)
14-11-2021, 12:33
“Hədəf” kursları vergidən necə yayınır ?- “Hədəf”in həmtəsisçisi Vüqar Tarquliyev kimdir ?