Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qaranlıqda kompüter və smartfondan istifadə etməyin – GÖZLƏRİNİZİ QORUYUN
Tarix: 31-10-2017 | Saat: 16:06
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Qaranlıqda kompüter və smartfondan istifadə etməyin
Görmə qabiliyyətini vaxtsız itirməmək üçün hələ gənc yaşlarından gözlərin qayğısına diqqət yetirilməlidir. Xüsusilə, müasir dövrümüzdə, istəyimizdən asılı olmayaraq həyatımıza daxil olan kompüterlər, planşetlər, smartfonlar kifayət qədər ciddi şəkildə gözlərimizi böyük təhlükə qarşısında qoyur. Bəs bu təhlükədən yan keçmək üçün hansı tədbirləri həyata keçirmək lazımdır?
Görmə qabiliyyətinin zəifləməməsi üçün ilk növbədə qida rasionuna gözlər üçün faydalı olan ərzaq məhsulları daxil edilməlidir. Kök, qaragilə, balıq və balıq yağı, qoz, ispanaq, kəsmik, kahı kimi qidalar görmə qabiliyyətini yaxşılaşdıran, gözləri qoruyan, görmə zəifliyinin qarşısını alan ərzaq məhsullarıdır. Bu siyahıya yaşıl rəngli meyvələri, soğan və sarmısağı, yumurtanı da əlavə etmək olar.
Qida rasionunda dəyişiklik etməklə yanaşı gözləri qorumaq üçün adi şərtlərə əməl etməklə görmə qabiliyyətinin zəifləməsinin qarşısını almaq olar.
- Kompüterin monitoru ilə gözlərinizin arasında olan məsafənin 50-60 sm olmasını təmin edin.
- Monitorun gözünüzün səviyyəsindən 8-10 sm aşağı olmasını diqqətdən yayındırmayın.
- Planşetdən və smartfondan uzanılı vəziyyətdə istifadə etmək kimi zərərli vərdişdən imtina edin, kompüterdən istifadə zamanı isə belenizi əymədən dik oturmağa adət edin.
- Qaranlıq otaqda kompüterdən, planşetdən və smartfondan istifadə etməyin. Bu gözlər üçün daha da ziyanlıdır. İşlədiyiniz otağın işıqlı olmasına diqqət yetirin.
- Kompüterdən və ya planşetdən istifadə edərkən hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Bir neçə gün buna əməl etsəniz sonralar bu fasilələr sizin üçün faydalı vərdişə çevriləcək.
- İstifadə etdiyiniz kompüteri, planşeti və smartfonu təmiz saxlayın. Ən azı həftədə bir neçə dəfə, daha yaxşı olar ki, hər gün onları xüsusi salfetlərlə təmizləyin. Onların üzərində nə qədər mikrob və bakteriyaların olduğunu bilsəniz siz buna hökmən əməl edəcəksiniz.
- Ən nəhayət, özünüzü “sevimli əşyalarınız”dan asılı vəziyyətə salmayın. Gəlin unutmayaq ki, həyat reallığı ilə daha gözəldir. /Modern.az/


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___