Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ailəmiz bu haqda heç nə danışmayacaq" -Fədayə Laçının oğlu
Tarix: 31-10-2017 | Saat: 15:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Ailəmiz bu haqda heç nə danışmayacaq" -  Fədayə Laçının oğlu
Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın həbs edilib.
Sənətçi Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım edib.
F.Laçının həbsi ilə bağlı ailə üzvləri danışmaq istəməyib. Sənətçinin oğlu Əlhəm əməkdaşımızın anası ilə bağlı suallarına belə münasibət bildirib:
“Bu haqda heç nə danışmayacam. Ailəmiz də bu haqda məlumat verməyəcək. Başa düşürəm, jurnalistlər də öz işlərini görür, sual verirlər. Amma biz danışmaq istəmirik”.
Fədayə Laçının müğənni bacısı İlahə Fəda da bununla bağlı suallara “Xəbər mənbəyindən sorusun bunları. Hər oxuduğunuza da inanmayın. Məni bu məsələyə görə narahat etməsinlər” cavabını vermişdi. 

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
 
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilir.


Xəbəri paylaş

1 7288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___