Bankdan kredit götürən şəxs qadın zamini döyərək komaya saldı
Tarix: 31-10-2017 | Saat: 09:58
Bölmə:Karusel / Hadisə | çapa göndər
Tovuzda qadın kredit üstə döyülüb.
Xəbəraz.Az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürüb. Qonşunun xahişi ilə Q.Hüseynova ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə bank zaminin maaş kartından həmin məbləği tutub. Q.Hüseynova buna etiraz edib və qonşusundan həmin məbləği istəyib. Kredit götürən şəxslə Q.Hüseynova arasında mübahisə yaranıb və qonşusu qadını xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb.
Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

21-10-2020, 15:28
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşdü
3-01-2022, 16:51
Dollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR
29-11-2016, 23:51
“Azadlıq Hərakatçıları” İctimai Birliyi-Azərbaycan ədəbi dili” layihəsinin yekunlarına həsr olunmuş Konfrans keçirdi
16-03-2015, 16:43
Rusiyada nə baş verir? - Şimal donanmasına döyüş tapşırığı
9-05-2017, 22:18
İpoteka ilə ev almaq istəyənlərə — ŞAD XƏBƏR
29-11-2021, 13:50
58 yaşlı Hülya açıq-saçıq geyimdə səhnəyə çıxdı - FOTO
20-10-2015, 20:17
Toyundan iki gün əvvəl yoxa çıxan Qəbələ sakinini Bakıda görüblər
24-11-2015, 13:05
17 yaşlı Azərbaycanlı qızı oğurladılar!