Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pambıqçıları daşıyan avtobus çaya aşdı: Onlarla yaralı var – FOTO + YENİLƏNİB
Tarix: 28-10-2017 | Saat: 11:09
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər



Ötən gün Goranboyda avtobusun aşması nəticəsində  xəstəxanaya yerləşdirilən 5 nəfərin vəziyyəti orta ağırdır.
Xatırladaq ki, ümumilikdə qəzada yaralananları sayı 26 olub. 23 yaralı Goranboyda, 2 yaralı Gəncədə, 1 yaralı isə Bərdədə xəstəxanaya yerləşdirilib.
Goranboy Rayon Mərkəzi Xəstəxanasındakı yaralılardan artıq 21-i ilkin tibbi müdaxilədən sonra evə buraxılıblar. 
27.10.2017 20:46
Goranboyda çaya düşən avtobusda xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 
Qeyd olunur ki, qəzada 25 nəfər xəsarət alıb. Onlardan ikisi Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qalan 23 nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicə alır.
Qeyd edək ki, Goranboy rayonunda fəhlələri daşıyan avtobus qəza nəticəsində körpüdən aşaraq çaya düşüb. Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.
19:21
Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində pambıqçıları daşıyan avtobus çaya aşıb.
Hadisə nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bildirilir ki, “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirib.
Faktla bağlı araşdırma aparılır.







Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
26-12-2017, 10:01 "AGBank" da bağlanır?

bütün xəbərlər
____ Instagram ___