Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Borcu olan mağaza sahibindən dəhşətli əməl
Tarix: 01-07-2015 | Saat: 19:34
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Borcu olan mağaza sahibindən dəhşətli əməl
Ağdaş rayonunda maşın ehtiyat hissələri satılan mağazaların birində asılmış kişi meyiti tapılıb.
Bu gün Ağdaş rayonunda maşın ehtiyat hissələri satılan mağazaların birində asılmış kişi meyiti tapılıb. Xeberaz.az-ın məlumatına görə, bu barədə rayon polisinə və prokurorluğuna məlumat verilib.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin mağazanın sahibi, 1962-ci il təvəllüdlü Rəhman Murad oğlu Məmmədov olduğu məlum olub.

Ağdaş rayon Prokurorluğunun müstəntiqi Pərviz Cəlilovun ANS PRESS-ə verdiyi məlumata görə, meyitin müayinəsi zamanı onun özünü asdığı məlum olub.

"Rəhman Məmmədovun meyiti mağazanın anbarından asılmış halda tapılıb. Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb", - deyə Pərviz Cəlilov bildirib.

Müstəntiqin sözlərinə görə, mərhumun yaxınları onun külli miqdarda borclu olduğunu bildiriblər. İlkin ehtimala görə, mağaza sahibi elə bu səbəbdən də özünü öldürüb.

Lakin baş verən hadisənin dəqiq səbəbləri istintaq yekunlaşandan sonra məlum olacaq.

Faktla bağlı istintaq davam edir.


Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___