Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Orduya 65 milyonluq yardım (FOTO)
Tarix: 01-07-2015 | Saat: 19:26
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

Orduya 65 milyonluq yardım (FOTO)
İyulun birinə dək fonda 65 milyon 77 min 66 AZN, 211 min 791 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitlərin həcmi açıqlanıb.

Xeberaz.az -ın Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna iyulun birinə dək 65 milyon 77 min 66 AZN, 211 min 791 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Ötən aydan bəri fonda 1 milyon 92 min 229 AZN vəsait yardım edilib. İyunun birinə dək fondda 63 mln. 984 min 837 AZN, 211 min 791 ABŞ dolları və 593 avro vəsait olub.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___