Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evlilikdə xoşbəxtliyin 7 mühüm amili – ARAŞDIRMA
Tarix: 22-10-2017 | Saat: 18:06
Bölmə:Karusel / Maraqlı / M2 / Araşdırma | çapa göndər



Hər bir insanın həyatının ən mühüm və əhəmiyyətli hadisəsi – evlənmək və ailə qurmaqdır. Əgər evlənməzdən əvvəl xoşbəxt olmağınız üçün sizə lazım olan amilləri tanısanız, daha faydalı olar. Bir oğlan ilə bir qız qərara alırlar ki, evlənib bir damın altında qocalsınlar. Əgər evlilik meyarları yanlış olsa, o zaman bu evlilik də çox sürməz.
Evliliyin xoşbəxt olması üçün lazım olan yeddi amili tanıyaq.
1. Evlilik yaşı.
2. Sual verməyi bacarmaq.
3. Dərinə getməmək.
4. Evlilik alış-verişində sadə olmaq.
5. Mehriyyədə çətinlik yaratmamaq.
6. Həyat tərzi.
7. Qəlnin geniş olması.
 
Evlilik yaşı.
İnsan evlənən zaman əvvəl yaşına diqqət edib, bu evliliyə hazır olmasına nəzər salmalıdır. Ona görə də psixoloqların nəzərinə görə, qızlar üçün ən ideal evlilik yaşı 20-25, oğlanlar üçün 24-27-dir. Əlbəttə bu yaş təkcə həddi-büluğa çatmaqla kifayətlənməməlidir. İnsan əqli, ictimai, əqidəvi büluğa da çatmalıdır.
Sual verməyi bacarmaq.
İnsan evlənəcəyi insanı tanımalıdır və bilməlidir ki, hansı istəklərə və arzulara malikdir. İdealları nədir, hansı xasiyyətləri vardır. Bunun üçün də qarşı tərəfə sual verməyi bacarmalıdır. Çünki bu sualların cavabı onun gələcək taleyini həll edəcəkdir. Ona görə də evlənmək istəyən cavan, qarşı tərəfdən nələri istədiyini və evlilikdəki meyarlarını qabaqcadan düşünməli və verdiyi suallarda bunları nəzərə almalıdır.
Dərinə getməmək.
İnsan gərək ilk olaraq, özünü tanısın və istəklərini bilsin, sonra evlənmək arzularına qapansın. Evlilikdən nələri gözlədiyini və meyarlarının nə olduğunu bir kağıza yazsın. Əgər qarşı tərəfdə bu meyarların 70% olsa, o zaman evliliyə hazırlaşa bilərsiniz. Ailə qurduqdan sonra qalan 30% üçün səy göstərərsiniz.
Evlilik alış-verişində sadə olmaq.
Evlilikdə sadəlik mühümdür. Bir çoxları bəhsə-bəhs etdikləri üçün evlilik alış-verişində çox çətinliklər yaradırlar. Əlbəttə, bu insanlar evləndikdən sonra peşman olurlar. Niyə bu qədər çox pul xərclədiklərinin həsrətini o zaman çəkirlər.
Mehriyyədə çətinlik yaratmamaq.
İslam dininin bu göstərişinə əməl edin və mehriyyəni asan edin.
Həyat tərzi.
Evlənməzdən əvvəl mütləq qarşı tərəflə öz həyat tərziniz barəsində söhbətlər edin və onun həyat tərzi ilə tanış olmağa çalışın. Ailələrinizdəki dəyərlər barəsində də söhbətlər edin.
Qəlbin geniş olması.
Yəni, səbirli olun və hər şeyə tez əsəbiləşməyin. Evlilik zamanı ailələr bir-birini tanıyan zaman bir çox çətinliklər üzə çıxa bilir ki, insanı özündən çıxardır. Lakin siz səbirli olun və gələcək ailə həyatınız haqqında düşünün.
(deyerler.org)


Xəbəri paylaş

9938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___