“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - Rəsmən TƏSDİQLƏNDİ + FOTO
Tarix: 21-10-2017 | Saat: 11:42
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) araşdırması nəticəsində Bakı küçələrində hərəkət edən “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobilin üzərindəki emblemin Ermənistan bayrağı olduğu təsdiqlənib.
Xəbəraz.Az xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq idarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, həmin avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib:
“Araşdırma nəticəsində məlum oldu ki, “Mercedes” markalı 10-UU-550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır. Mənə dediyinə görə, avtomobili Bakıdakı avtosalonların birindən alıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o, da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. Üzərində Ermənistan bayrağı olan avtomobilin Azərbaycana necə gəldiyi məlum deyil. Çox güman ki, həmin avtomobil Azərbaycana Gürcüstandan gətirilib. Bu barədə onun özünə də dedik. Bildirdi ki, emblemi özü taxmayıb. Həmin emblemi qoparacağını dedi”.
V.Əsədov qeyd edib ki, müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma aparır.
Xəbəri paylaş
1 0908 dəfə oxunub.
Digər xəbərlər

30-04-2016, 13:05
Həmyerlimiz Rusiyanın "Səs" yarışmasının finalında - VİDEO
16-07-2023, 13:24
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
30-05-2022, 11:00
Lombarddan pul götürənlərin DİQQƏTİNƏ! - Yeni qanuna görə... - VİDEO
23-07-2016, 23:08
Röyanın Türkiyədə çıxaracağı yeni mahnısı məlum oldu! - FOTO
14-11-2015, 12:17
Həyatınızı bu lazımsız cəhətlərdən azad edin!
29-08-2017, 10:42
Bakıda 50 yaşlı qadından DƏHŞƏTLİ ƏMƏL
30-11-2018, 10:59
Gecə klubuna getdi, son əyləncəsi oldu...
30-01-2017, 01:23
Hacı Quliyev Türk həmkarı Seylan Soylunun Moskvadakı “Qara Yanvar” aksiyasından danışdı – FOTO
15-04-2017, 22:33
Şokolad haqqında heyrətamiz faktlar
25-10-2015, 17:33
Sabahdan hava şəraiti kəskin pisləşəcək