Azərbaycanda abortların sayı artır - Millət vəkili
Tarix: 20-10-2017 | Saat: 16:40
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
“İİV-ə yoluxdurmaya görə cəzanın yüngülləşdirilməsinə tələsməməliyik. Kim insanları bilə-bilə ağır xəstəliyə yoluxdurursa, azadlığını məhdudlaşdırıması cəzasını alternativ kimi təklif etmək doğru deyil”.
Bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, vəzifəsini lazımı şəkildə yerinə yetirmədiyinə görə, bir şəxsi İİV-ə yoluxdurmaya görə, 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması doğru yanaşma deyil: “Çünki bilə-bilə yoluxdurana 1 il həbs cəzası verib, vəzifəsini düzgün yerinə yetimədiyinə görə yoluxdurana 3 il cəza məqamları arasında uyğunsuzluq var”.
Millət vəkili həmçinin qanunsuz abort etmə ilə bağlı azadlığın məhdudlaşdırılması cəzasını verməkdə tələskənliyə yol verməməyə çağırıb: “Təəssüflə qeyd edirəm ki, illərdir aparılan tədbirlərə baxmayaraq Azərbaycanda selektiv abortların sayı artır. Abort həm də uşağın qətl edilməsi deməkdir. Bu cəzanı yüngülləşdirməklə həmin cinayətləri daha da artıracağıq. Narkomaniya ilə bağlı cəzanın yüngülləşdirilməsinin təşviqi, başqa cinayət törətməyənlərin məcnburi müalicə müəssisələrinə yerləşdirilməsi humanist qərar kimi görünür. Amma əslində belə deyil. Çünki təcrübə göstərir ki, məcburi müalicə müəssisələrində bir nəfər də olsun müalicə edilib, cəmiyyətə qayıtmır. Bunun əvəzedici terapiyanın tətbiq edilməsinə çalışmalıyıq”.
O həmçinin cəzaçəkmə müəssisələrində iş yerlərinin açılmasının vacibliyinə də toxunub: “Məhbusların işlə təminatını da düşünməliyik. Cəzaçəkmə müəssisələrində iş yerlərinin açılması ciddi problemə çevrilib. Onlar sağlam insanlardır, cinayət törədiblər, nə üçün başqa insanların vergisi hesabına yaşamalıdır? Bu insanların islah işlərinə qoşulmasının tərəfdarıyam”.
Xəbəri paylaş
1 0658 dəfə oxunub.
Digər xəbərlər

25-02-2016, 14:03
“Xocalı: soyqırım tariximizin son faciəsi” adlı elmi konfrans
21-11-2015, 12:18
Hamilə olduğu güman edilən qadının qarnından…
23-11-2019, 16:03
İsa Məsihin heykəlinə forma geyindirdilər - FOTO
21-09-2017, 09:37
Azərbaycan neftinin SON QİYMƏTİ
11-05-2021, 11:59
"Rəqsanə qalmaqalı" böyüyür - Vüsaləyə söz atdı
26-07-2018, 19:49
Əflatun Amaşov: "Zara Azərbaycana əlində silah gəlmir"
9-03-2019, 20:12
Qəpik-quruşluq lüqol orqanizmi möhkəmlədir – Sovet dövrünün yadigarı
27-11-2020, 09:36
Almaniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötdü
15-05-2018, 21:37
Günaydan “Bandotdel” AÇIQLAMASI
7-12-2015, 11:41
Ordumuzun zabiti şəhid oldu - FOTO