Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"BakuBus"ın sürücüsü onlarla sərnişini ölümdən xilas etdi (VİDEO)
Tarix: 19-10-2017 | Saat: 13:33
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

 
Bakıda qaydanı pozan taksi sürücüsü sərnişin avtobusuna çətin anlar yaşadıb.
Bu barədə  “BakuBus” MMC-dən məlumat verilib.
Qeyd olunur ki, hadisə oktyabrın 16-sı saat 14:00-da 3 nömrəli xətt üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JH-287 dövlət qeydiyyat nişanlı avtobusun İnşatçılar prospektindən Şəhidlər Xiyabanı istiqamətə hərəkət edərəkən baş verib.
“Təqdim olunan görüntüdə taksi sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, həm özünün həm də avtobusda olan onlarla sərnişinin həyatını təhlükəyə atdığının şahidi oluruq.
Taksi sürücülərinin avtobusların dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq yol hərəkəti zamanı taksi sürücülərinin xüsusən ötüb keçmə və dönmə əməliyyatları zamanı tələskənliyi ictimai nəqliyyat üçün böyük təhlükələr yaradır”, - deyə bildirilir.
Videodan aydın görünür ki, taksi sürücüsü avtobusu gözləməli olduğu halda, anidən zolağı dəyişib avtobusun qarşısına keçərək təhlükəli dönmə əməliyyatı həyata keçirir və açıq şəkildə qəza vəziyyəti yaradır. Bu cür hadisələr zamanı əksər hallarda sərnişinlər avtobus sürücüsünü günahlandırır və əsaslı və ya əsassız şəkildə onlara dəymiş ziyanın ödənilməsi üçün “BakuBus”a müraciət edirlər. Ancaq istənilən halda həmin şəxslərin hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyyə olunur.
Bu hadisə zamanı qəza vəziyyəti yaradan taksi sürücüsünün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının avtobusun kameralarına aydın şəkildə düşmədiyi görünür. Bununla belə həmin taksi sürücüsünün aidiyyatı orqanlar tərəfindən aşkar olunaraq qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacağına inanırıq.(baku.ws)


Xəbəri paylaş

8608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___