6 tələbənin öldüyü qəzada zərərçəkənlərə ödənilən MƏBLƏĞ AÇIQLANDI
Tarix: 17-10-2017 | Saat: 12:22
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Cari ilin 9 mart tarixində Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford" markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.
İcbari Sığorta Bürosundan (İSB) Trend-ə verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü maddəsinin tələblərinə əsasən Büro tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin Qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.
Sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İcbari Sığorta Bürosunun tarixində qeydə alınmış rekord göstəricidir.
İSB tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir. Kompensasiya ödənişlərinin verilməsinin şərtləri və qaydası ilə ətraflı Büronun veb-saytında (www.isb.az/kompensasiya-odenisi), həmçinin mövzuya dair hazırlanıb və Büronun veb-saytında yerləşdirilmiş maarifləndirici məqalədə tanış olmaq mümkündür.
Qeyd edək ki, martın 9-da səhər saatlarında baş vermiş həmin qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.
Xəbəri paylaş
1 0188 dəfə oxunub.
Digər xəbərlər

21-11-2018, 12:07
İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur-Abel Məhərrəmov
3-08-2016, 17:19
Ərli Xatirə evlilik təklifinə sərt cavab VERDİ: “Get…” - FOTO
17-01-2016, 16:38
Azərbaycanda yol qırğını: 5 ölü, 19 yaralı
6-12-2015, 23:17
“Oğlan evi”nin 10 üstünlüyü
29-06-2015, 17:46
Oğlanlar, əzələ yığmaq üçün 30 qızıl qayda.
18-04-2017, 12:23
İzdivac verilişində evliliyi oyuncağa çevirən azərbaycanlı gənclərin növbəti fırıldağı - FOTO/VİDEO
1-06-2017, 23:26
Tolikdən “Maşın”da gözlənilməz addım
16-02-2023, 15:03
"Ölüm anı yaxınlaşanda övladıma görə qorxdum" - Aygün Bəylər
13-02-2018, 12:37
"Əfşana görə ailə qurmadım" - Vasifin bacısı
16-09-2021, 11:11
"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı