Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində Nürəddin Mehdixanlı ilə görüş keçirilib
Tarix: 13-10-2017 | Saat: 14:22
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 / Foto-fakt | çapa göndər




Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri ilə dəyirmi masa arxasında keçirilən silsilə görüşlər çərçivəsində bu dəfəki iştirakçı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası Nürəddin Mehdixanlı olmuşdur.
İNK və SİM İB-nin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Rasim Məmmədov açılış sözü ilə çıxış etmiş və qonaqları salamlamışdır. R.Məmmədov tanınmış sənətçiyə DAMM İB-nin fəxri üzvlük vəsiqəsini təqdim etdikdən sonra N.Mehdixanlının həyat yolundan bəhs edən sujetə baxılmışdır. Rasim Məmmədov bildirmişdir ki, gənc nəslin yetişməsində misilsiz xidmətləri olan N.Mehdixanlı müasir dövrün “Cavad xan”ı kimi xalqımızın nəzərində mükəmməl tarixi simalarımızı yaratmaqla bərabər cəmiyyətdə əsl Azərbaycan kişisi obrazını təqdim edir. O, N.Mehdixanlıya yaradıcılıq uğurları və İNK-nın fəxri üzvü kimi cəmiyyətdə sosial aktivliyini daha da artırmağını arzu etmişdir.
 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin əsasını qoyan görkəmli Azərbaycan xalq şairi, nasir, publisist Söhrab Tahirin oğlu Tahir Tahiri Nürəddin Mehdixanlıya “Ata” eposunu təqdim etmişdir.
DAMM İB-nin vitse-prezidenti Hacı Quliyev öz çıxışında aktyorun gənc nəsillərin yetişməsində mükəmməl nümunə olduğunu vurğulamış və mədəni-bəşəri dəyərlərin təbliğində onun rolunun misilsiz olduğunu bildirmişdir.
İNK sədr müavini, yazıçı-kulturoloq Aydın Xan Əbilov çıxış edərək bildirib ki, N.Mehdixanlı öz yaradıcılığında tarixi şəxsiyyət obrazlarının mükəmməl eposunu yaratmışdır. Azərbaycan tarixində yaşamış şəxsiyyətlərin qüsursuz mənzərəsini xalqa çatdıran dahi sənətkardır.

İNK-nın sədr müavini, polkovnik Zahid Teymurov da sənətkara yaradıcılıq uğurları arzulamış onu gələcək səhnə çıxışlarında ideal hərbçi obrazında görmək istəyini bildirmişdir.
İNK və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB-nin Məsul katibi Yasəmən Əsgərova bildirib ki, Nürəddin Mehdixanlılının yaradıcılığı və şəxsiyyəti yüksək bəşəri dəyərlərə sahibdir və daimi cəmiyyətin sosial-mədəni probləmlərinin vurğulanmasına, eləcə də onların həllinə yönəlmişdir.

Dioloq şəklində davam edən tədbirdə N.Mehdixanlı ictimaiyyətin suallarını cavablamışdır. O görüş günün keçirilməsində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi rəhbərliyinə eləcə görüş iştirakçılarına öz dərin minnətdarlığını bildirmişdir.









http://ictimaixeber.az/2017/10/dunya-az%C9%99rbaycanlilarinin-m%C9%99d%C9%99niyy%C9%99t-m%C9%99rk%C9%99zind%C9%99-nur%C9%99ddin-mehdixanli-il%C9%99-gorus-kecirilib/


Təşkilatlar haqqında məlumatlar

70 QHT, KİV, İnternet portal və saytı birləşdirən İctimai Nəzarət Koalisiyasının – Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumu, Sabitlik və İnkişaf Mərkəzi İB.  İNK və DAMM İB-nın ünvanı:

Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə

“Qaynar xətt”- Telefonlar/faks: (+99412) 539 73 07, 538 67 19, 409 16 81 (ofis)

E-mail: [email protected][email protected]

Mətbuat – “Dövlət və qanun” qəzeti: http://inktv.az/elektron-kitabxana/

Saytlar:
www.inktv.az
www.damm.az
www.ictimaixeber.az
www.kitabxana.net
www.yysq.kitabxana.net

Feysbuk resurslarımız:
https://www.facebook.com./DAMMIB/
https://www.facebook.com/ink2015/
https://www.facebook.com/sabitlik/
https://www.facebook.com/ictimai

Rəsmi Youtube kanalımız:
https://www.youtube.com/channel/UCtk6waFZnUI1wkVm5071eZw


İNK və DAMMİB-nin Analitik İnformasiya Mərkəzi


Xəbəri paylaş

9538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___