Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Masallı ƏSMM - də Akif Əliyevin yeni “qaydası”
Tarix: 01-07-2015 | Saat: 12:43
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Masallı ƏSMM - də Akif Əliyevin yeni “qaydası”

İki illik sosial yardım almaq istəyənlərdən 4 ayın pulunu bəribaşdan alırlar

Bir neçə dəfə Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Akif Əliyevin və işçilərinin ünvanlı sosial yardım “maxinasiyası” ilə bağlı məlumat vermişdik.

Həmin məlumatlarda qeyd etmişdik ki, Masallı ƏSMM müdiri Akif Əliyev və işçiləri vətəndaşlara dövlət tərəfindən verilən sosial yardım pulunun bir hissəsini saxlayırlar. Bundan başqa ƏSSM müdiri və yaxın ətrafı müxtəlif şəxslərin adına sosial yardım yazdıraraq il boyu külli miqdarda vəsait mənimsələri ilə bağlıda məlumat vermişdik.

AzFakt.com-a Masallı sakinlərindən göndərilən məlumatda deyilir ki, rayon ƏSMM müdiri Akif Əliyev sosial almaq istəyənlər üçün yeni “qayda” tətbiq edib. Həmin qaydaya görə iki illik sosial yardım almaq istəyən vətəndaşlar yardımın 4 aylığını bəribşadan müdirə verməlidir. Akif Əliyevin bu “qaydası” ilə razılaşmayanlar uzun müddət süründürülür və sonda yenədə əlacqsız qalan vətəndaşlar onun təklifi ilə razılaşmalı olurlar. Sakinlər bildirirlər ki, qabaqlar bir illik sosial yardım almaq üçün müdirə və ətrafına 3 aylıq verilirdisə, indi bu qaydada xeyli yumşlama olub.



Belə ki, nazir Səlim Müslümovun ƏSMM müdirləri ilə bağlı həyata keçirtdiyi sərt tədbirlər və onlara nəzarəti gücləndirməsi Akif Əliyev kimilərini canına bir balaca “qorxu” salıb. Buna görədə vətəndaşdan bir illik sosial yardıma görə hələki bir aylıq vəsait istənilir. Oda hər kəsdən yox yalnız özlərinin etibar etdikləri şəxlərə aiddir. Çünki müdirin və işçilərin bu cür qanunsuzluqları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir Səlim Müslümovun qulağına çatarsa bu onlar üçün bağışlanmaz olar. Ona görədə Akif Əliyev işçilərinə qəti göstəriş verib ki, bu məsələdə ehtiyyatlı olsunlar, heç kəsi incitməsinlər. Ancaq iki illik sosial yardım almaq istəyənlər üçün bu məsələ keçərli deyil. Belə ki, idarə müdirinin yaxınları rayon sakinlərinə iki illik sosial yardımı düzəltmələri əvəzində 4 aylığı bəribaşdan istəməkdən çəkinmirlər.

Sakinlər iddia edirlər ki, 2 illik sosial yardım məsələsi ortaya çıxandna bəri Akif Əliyevin adamları siyahıya yalnız özlərinə yaxın adamları salırlar. Çünki yaxın adamlarından 4 aylığı asanlıqla alırlar. Bu isə o anlama gəlir ki, Masallı ƏSMM-də Akif Əliyev və işçiləri yaxşı qazanc mənbəyi tapıblar.


Xəbəri paylaş

1 0488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___