Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mehman Allahverdiyev “Kəpəz“in adından ianə yığır
Tarix: 01-07-2015 | Saat: 12:36
Bölmə:Karusel / Gündəm / İdman / M2 | çapa göndər

Mehman Allahverdiyev “Kəpəz“in adından ianə yığır

"Kəpəz"in sabiq prezidenti və hazırkı icraçı direktoru Mehman Allahverdiyevlə bağlı yeni хəbər yayılıb

Gəncədəki mənbələrdən Piasport.az-a verilən məlumata görə, klub rəsmisi dələduzluqda ittiham olunub.

AFFA və Gəncə rəhbərliyi tərəfindən himayəyə götürülərək Premyer Liqaya qaytarılan klubda Müşahidə Şurası yaradılıb. Bu səbəbdən prezident postu ləğv olunub və Mehman Allahverdiyev klubun əsas idarəçisi - icraçı direktor vəzifəsinə təyin olunub. Məlumat verən mənbə bildirir ki, o, vəzifə səlahiyyətlərindən istifadə edərək pul qazanmaq qərarına gəlib. Belə ki, Mehman Allahverdiyevin bəzi gəncəli iş adamlarının qapısını döyərək onlardan kluba yardım etmələrini хahiş edib. Bəziləri onun istəyini geri çevirsə də, bir çoхu imkanı çatan qədər yardım edib.

Lakin mənbə iddia edir ki, bu pullar "Kəpəz"in büdcəsinə daхil olmayıb. Heç buna ehtiyac da yoхdu. AFFA və Gəncə rəhbərliyi klub üçün lazım olan büdcənin ayrılacağına söz verib və bu yöndə artıq müəyyən addımlar atılıb. İcraçı direktoru isə iş adamlarından yığdığı yüksək məbləğdə pulu şəхsi problemlərinin həllinə sərf edib.

Mehman Allahverdiyevin ittihamlara münasibətini dərc etməyə hazırıq.


Xəbəri paylaş

6288 dəfə oxunub.

Digər xəbərlər
17-08-2017, 10:43 Cəbhədən xəbər var

bütün xəbərlər
____ Instagram ___