Azərbaycanda ata fəhlə işləyən 23 yaşlı qızını baltaladı - TƏFƏRRÜAT - YENİLƏNİB
Tarix: 10-10-2017 | Saat: 14:49
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
14:24
Dünən Şəmkir rayonunda atanın 23 yaşlı qızını baltalaması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Çaparlı kəndində yaşadığı evdə atası İsmayıl Əhmədov tərəfindən amansızlıqla döyülən və başına balta ilə xəsarətlər yetirilən 23 yaşlı Nuranə bir müddət əvvəl ailə həyatı qursa da, sonradan boşanıb. 1 körpə uşağı ilə ata evinə qayıdan gənc qadın kənddəki istixanalarda fəhlə işləyirmiş.
Hadisəni törədən İ.Əhmədov isə əvvəllər məhkumluq həyatı yaşayıb. Nevroz xəstəsi olan həmin şəxs dəfələrlə həyat yoldaşını, oğlunu və qızını döydüyü üçün polis şöbəsinə aparılıb.
Dünənki hadisənin səbəbinə gəldikdə isə ailə üzvləri atasının Nuranəyə səbəbsiz yerə, boş bir şeyin üstündə əsəbiləşdiyini və bundan sonra döyüb öldürmək istədiyini deyiblər. İ.Əhmədov daha sonra qaçdığından onu tutmaq hələ ki, mümkün olmayıb.
---------
13:04
Şəmkirdə atası tərəfindən baltalanan qızın olayı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Çaparlı kənd sakinləri aznews.az-a açıqlamasında bildirib ki, İsmayıl Əhmədov həmişə ailə üzvlərinə işgəncə verib:
"İsmayıl tək qızını deyil, bütün ailə üzvlərini döyür. Dəfələrlə oğlunu, qızını, arvadını döyüb. Münaqişəli bir ailədir. İsmayılın səhhətində problemlər var. Bundan istifadə edib hamıya şiddət göstərir. Biz dünən eşitdik ki, İsmayıl qızını möhkəm döyüb, sonra da baltalayıb. Belə hadisələr çox olub. Onun bir oğlu, bir qızı var. Qızı ailə qurub, boşandıqdan sonra atası evinə qayıtmışdı. Onların ailə davasına dəfələrlə polis gəlib".
Qeyd edək ki, Şəmkirdə ata qızını baltalayıb. Hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.
1994-cü il təvəllüdlü Əhmədova Nuranə İsmayıl qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

2-07-2015, 12:41
VİDEO: Çempionumuz canlı yayımda anası üçün ağladı
29-11-2016, 10:59
Lənkəranda FACİƏ: 1-ci sinif şagirdi dərsdə dünyasını dəyişdi
29-04-2016, 00:22
Elm dünyasının şahı Nəsirəddin Tusi
12-07-2019, 12:06
"Bakı Kart"ın balansını internetlə artırmaq mümkün olacaq
3-03-2022, 11:47
Düşmən Tovuzu atəşə tutdu
12-12-2022, 17:13
DTX-nin əməkdaşları Ulu Öndərin xatirəsini yad ediblər
21-07-2016, 17:29
Bakıda avtobus qəzası: Ölənlər var
7-02-2020, 00:27
Telman İsmayılovun qardaşına 17 il həbs cəzası VERİLDİ
21-07-2017, 23:10
Telefonunuzu kimlərin izlədiyini bu kodlarla öyrənin