Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BİNƏQƏDİ 1 SAYlı MİS RƏHBƏRİ - İŞÇİLƏRİNİN ƏMƏYİNİ BUCÜR İSTİSMAR ELƏTDİRİR..
Tarix: 08-10-2017 | Saat: 14:39
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV / Reportaj | çapa göndər





Hörmətli izləyicilər, sizə təqdim etdiyimiz bu videorolikdəki yaşlı qadın, özünün bildirdiyinə görə Binəqədi rayon MKTB-nin 1saylı Mənzil İstismar Sahəsinin süpürgəçisi vəzifəsində rəsmi olaraq çalışır. Lakin adını məlum səbəbdən bildirməməklə həmin qadın, hazırda gərgin işlə inşası davam etdirilən "Murad " MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasına təhkim edilməklə işlədilir.07 oktyabr 2017-ci il gündüz saatlarında bu ananın həmin bu adəçəkilən yeni tikili binanın 1-ci mərtəbəsində Satış ofisinin kabinetlərinin yuyulub təmizlənməsi işlərində tək-tənha olaraq iştirakının şahidi olduq. Bu görüntülər ilk baxışdan nəqədər ürəkağrıdıcı olaraq görünsə də, bu mənzərənin heç onu bu təhlükə altında çalışmasına yol verən 1saylı MiS rəisi "Cənab Mahmud müəllim"-i zərrə qədər də narahat etmir desək , əsla yanılmarıq!Əgər bu qeyd etdiklərimiz elə deyilsə, görəsən onun bu MTK rəhbərliyi ilə "dırnaqarası razılaşması"ndan meydana gələrək bu yaşlı ananın , ona aid olmayan ərazilərdə təmizlik işlərinə məcbur edilməsində "maraq" nədir axı?!! Təbii ki, bu sualın arxasında, görünəcək şəkildə gizlənən cavab artıq hamıya bəllidir.Tutaq ki, MTK rəhbərliyi, öz işini "aşırmaq" məqsədilə MİS rəisinə "ağız açmışdır". Bəs görəsən bu ananın hər an təhlükə doğuraraq tikintisi davam etdirilən bu MTK-nın bu binasının yuxarı mərtəbəsindən düşən hər hansı bir əşyanın onun üzərinə düşüb-düşməməsinə kim zəmanət verməlidir? Axı onunla MTK arasında heç bir Əmək Müqaviləsi bağlanılmamışdır. Bu neqativ halı dərhal anlayıb onlara yaxınlaşıb sorğu-videomüsahibəmizdən ehtiyat edərək oradan kənarlaşan MTK nümayəndəsinin də bu cür addımı artıq başadüşülən idi. Məsələ ilə bağlı Binəqədi Rayon MKTB-nin 1saylı MİS rəisi Mahmud müəllimi axtarıb mövqeyini öyrənməyə çalışdıq. Məsələyə münasibət bildirməkdən boyun qaçıran Mahmud müəllim, saat 15:00-da telefon zəngimizə cavab olaraq bildir di ki, "Əvvala, Bizim şənbə günü olduğundan iş vaxtımız bitibdir,gedin Binəqədi rayon İcra Hakimiyyətinə orda aydınlaşdırarsınız"! Maraqdoğuran yeni bir sual meydana çıxdı bir daha ki, bəs necə olur ki, Şənbə günü və hətta bazar günü də daxil olmaqla rayonboyu, Paytaxt -şəhərboyu küçələrə bu Süpürgəçiləri cəlb etməklə işlədəndə qeyri-iş günü olmur, ancaq hər hansı məsələ ilə bağlı o işçilərin rəhbəri sayılan MİS rəisini sorğuya tutanda bivaxt olur? Bir sözlə, bu traqikomik halda baş verənləri Mahmud müəllim üzərindən atmaq məqsədilə bizi Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etməyimizi tövsiyə etdi.Mövzunu diqqətdə saxlayırıq.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.Mövzuya qayıdacağıq!




Xəbəri paylaş

1 9368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___