Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Antibiotiklərdən çox istifadə ciddi fəsadlar yaradır - Video
Tarix: 08-10-2017 | Saat: 10:02
Bölmə:Karusel / Səhiyyə / Xəbəraz TV | çapa göndər


Son illər antibiotiklərdən çox istifadə həm dünyada, həm də ölkəmizdə bir çox problemlərə yol açıb. Bu problemlərdən biri və birincisi antibiotiklərə qarşı dözümlülüyün formalaşmasıdır. Bu isə gələcəkdə bir çox fəsadlara yol aça bilər.Hətta ən ciddi xəstəliklərdə belə antibiotiklər artıq təsir etməyə bilər.
Həkim-terapevt Mətanət Cəfərova deyir ki, antibiotik nə ağrıkəsicidir, nə də hərarəti salan bir preparat. Buna görə də antibiotiklərin təyinatı əsaslı - yəni düzgün olmalı, dozası da həkimlər tərəfindən müəyyənləşdirilməlidir.
Lakin həkimlər bildirirlər ki, əhali arasında özbaşına antibiotiklərdən istifadə edənlər də az deyil. Məsələn, hətta soyuqdəyməsi olanlar apteklərdən antibiotiklər alır və istifadə edirlər. Paytaxt sakinləri arasında keçirdiyimiz sorğu zamanı da məlum oldu ki, bu preparatların istifadəçiləri kifayət qədər olsa da, bəziləri əvəzedici vasitələrə də əl atır.
Həkimlər tövsiyə edirlər ki, müəyyən xəstəliklər baş qaldırsa belə, antibiotiklərin təyini və ya istifadəsi vacib deyil. Bu zaman qabaqlayıcı və ya əvəzedici tədbirlər görmək daha effektiv ola bilər.
Eyni zamanda yeni doğulan körpələrə və ya 65 yaşdan yuxarı insanlara antibiotik təyini zamanı mütləq diqqətli olmaq lazımdır. Həmin şəxslərin yaşla əlaqədar səhhətlərindəki problemlər antibiotiklərdən istifadə zamanı fəsadlara yol aça bilər. Həmçinin əsassız və uzunmüddətli antibiotik istifadəçilərində bədənin müqaviməti azalır, nəticədə gemoqlabin azlığı - limfopeniya, leykopeniyaya gətirib çıxarır ki, bu da gələcəkdə xəstəliklərə qarşı dözümsüzlük yaradır.


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___