Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kreditlər ucuzlaşa bilər (VİDEO)
Tarix: 30-06-2015 | Saat: 19:43
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər

Azərbaycanda kreditlər ucuzlaşa bilər (VİDEO)
Bank nümayəndəsi: Banklar vətəndaşlardan 5 faiz komissiya haqqı tuturdusa, bundan sonra 1 faiz tutacaqlar
Mərkəzi Bank ölkədə fəaliyyət göstərən kommersiya banklarına kreditlərə görə tutduqları komissiya haqlarını azaltmaq barədə tapşırıq verib. Bu tapşırığı özündə əks etdirən məktub ötən gün imzalanıb və bu gündən bütün banklara göndərilib. Əgər banklar tapşırığa əməl etsələr kreditlər ucuzlaşa bilər.

ANS TV-nin məlumatına görə, Mərkəzi Bankdan kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, müştərilərə verilən istehlak kreditləri üzrə komissiya haqqı kreditin 1%-dən artıq olmamalıdır. Bu 1%-ə rəsmiləşdirmə və nağdlaşdırma xərcləri daxil olmalıdır.

Tənzimləyici orqan bildirir ki, bəzi banklarda istehlak kreditləri üzrə həddən artıq yüksək komissiya haqqı tələb olunur. Bu banklarda istehlak kreditləri üzrə faktiki illik faiz dərəcəsi bank sektoru üzrə olan bu orta illik göstəricini xeyli üstələyir. Mərkəzi Bank məhz bunu nəzərə alaraq banklara belə bir tapşırıq verib.

“Əgər banklar vətəndaşlardan 5 faiz komissiya haqqı tuturdusa, bundan sonra banklar məcbur olub 1 faiz tutacaqlar. Banklar bu itkinin çox gümün ki, başqa yollara baş vuraraq qazanmağa çalışacaqlar. Komissiya gəlirlərinin ümumi həcmində 20 faizə qədər itki ola bilər”, – deyə Bank nümayəndəsi Tural Vəliyev bildirib.

Amma bəzi banklar komissiyanın dərəcəsini müəyyən etməyin daxili işləri olduğunu, Mərkəzi Bankın sadəcə tövsiyyə etdiyini bildirir. Mərkəzi Bankın göstərişindən sonra bir çox banklar, hətta istehlak kreditləşdirilməsini müvəqqəti dayandırıb.

Mütəxəssislər hesab edir ki, bu qərar xüsusilə istehlak krediti bazarında aparıcı mövqeyə malik bir neçə banka yönəlib.

Bəzi bankların komissiya haqqı, hətta kreditin 10%-dən də yüksək idi. Bu isə kredit üzrə faktiki illik faiz dərəcəsinin həddən artıq yüksək olmasına səbəb olurdu. Güman olunur ki, komissiya haqqını endirməyə məcbur olan bu banklar faiz dərəcələrini bir az da artıracaqlar.


Xəbəri paylaş

7168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___