Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MTRŞ “Space”in efirində baş verənləri araşdıracaq - VİDEO
Tarix: 30-06-2015 | Saat: 19:05
Bölmə:Karusel / Şou-Biznes / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

MTRŞ “Space”in efirində baş verənləri araşdıracaq - VİDEO
“Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir”.

“Space” televiziyasında yayımlanan “Günaydın” verilişində “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub.

Xeberaz.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib.

T.Məmmədov bildirib ki, “Space”dəki verilişdə insanların şərəf və ləyaqətinin alçaldılması halı var:

“Düzdür, söyüşlər efirə getməyib, qapadılıb. Söyüşlər açıq efirə getsə, bu artıq digər bir qanunvericilik normasının, yetkinlik yaşına çatmayanlarla bağlı qəbul edilmiş qaydaların pozulması demək olacaqdı. “Space”dəki verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması müddəası var. Bu da proqrama verilmiş tələblərin pozulması deməkdir”.

Aparat rəhbəri qeyd edib ki, məsələ MTRŞ tərəfindən araşdırılacaq.

Qeyd edək ki, “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində qonaq olan yazar Əziz Musaoğlu ilə müğənni Mətanət Əsədova arasında qalmaqal baş verib (3.50).
[media=https://youtu.be/pRS1LRLkquQ]


Xəbəri paylaş

7888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___