Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ATƏT-in sessiyasında erməni deputatla qalmaqal
Tarix: 06-10-2017 | Saat: 10:10
Bölmə:Karusel / Siyasət | çapa göndər

ATƏT-in sessiyasında erməni deputatla qalmaqal
ATƏT Parlament Assambleyasının Andorrada keçirilən payız sessiyasının bağlanışında bütün dünya bir daha erməni həyasızlığının şahidi olub.
Sessiyada çıxış edən erməni nümayəndə heyətinin üzvü yenidən Azərbaycan mətbuatında və dərsliklərində ermənilərin düşmən obrazında göstərildiyini qeyd edərək, ölkəmiz ilə Ermənistan arasında yanlış müqayisə aparmağa çalışıb. Moderatorun erməni deputatdan reqlamentə uyğun olmayan çıxışını bitirməsini tələb etməsinə baxmayaraq, o, öz nitqini söyləməkdə davam edib. Lakin moderatorun bir neçə kəskin xəbərdarlığından sonra erməni deputatın çıxışı dayandırılıb.
İsrarlı tələblərdən sonra bağlanış sessiyasının əvvəlində söz alan Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova vurğulayıb ki, sözdə sülhdən bəhs edən erməni deputatlar bu cür qeyri-ciddi iddiaları ilə sessiyanın gedişində gərginlik yaratmağa, müzakirə olunan vacib məsələlərin mahiyyətini kiçiltməyə, bununla da sessiyanın işinə maneə törətməyə cəhd edirlər: “Mən çox təəssüf edirəm ki, bizim konstruktiv müzakirələrimiz bu şəkildə bitməkdədir”.
Erməni deputatın iddialarına münasibət bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri vurğulayıb: “Azərbaycana qarşı səsləndirilən iddialara bizim konkret cavablarımız var. Ancaq biz burada polemika açıb mübahisə etmək niyyətində deyilik. İllər ərzində bu məzmunda qarşıdurmalar olmasına baxmayaraq, bu, heç vaxt müsbət nəticə verməyib. Buna görə də mən həmkarlarımızı vəziyyəti daha da gərginləşdirməyə təhrik edən çıxışlardan çəkinməyə çağırıram. Onsuz da onların təmsil etdikləri ölkənin nəzarəti altında olan Azərbaycanın işğal olunmuş ərazilərində və təmas xəttində daim bununla məşğuldurlar”.
Bahar Muradova daha sonra bildirib: “Əgər biz parlament ölçüsü olaraq ümumi səylərin gözlədiyimiz nəticəni verməsinə müsbət təsir edə bilmiriksə, onda heç olmasa əlavə problemlər yaratmayaq”.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___