Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünən Bakıya aylıq normadan 15 dəfə çox yağıntı düşüb -RƏSMİ
Tarix: 04-10-2017 | Saat: 17:44
Bölmə:Karusel / Gündəm | çapa göndər


Oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək Bakı və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 70-150 faizini təşkil edib.
 
Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
 
Onun sözlərinə görə, oktyabrın 3-ü gündüzdən 4-ü səhərədək Bakı və Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 8-59 mm təşkil edib: "Oktyabrda Bakıya və Abşeron yarımadasına bu qədər yağıntının düşməsi halı müşahidə edilib. Bakı və Abşeron yarımadasında elə yerlər var ki, oraya oktyabrın 3-ü gündüzdən bu gün səhərədək düşən yağıntının miqdarı norma daxilində olub. Elə yerlər isə olub ki, orada normadan artıq yağıntı düşüb".
 
G.Məmmədova bildirib ki, qeyd edilən müddətdə ən çox yağıntı 59 mm olmaqla, Bakıya düşüb.
 
O, rayonlara düşən yağıntının miqdarının da norma daxilində olduğunu açıqlayıb.
 
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb.
 
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-59, Lənkəran-Astara zonasında 22-91, Böyük Qafqazda 4-20, Mərkəzi-Aran rayonlarında 3-18, Kiçik Qafqazda 9-27, Qazax-Gəncə zonasında 2-9, Naxçıvan MR-da 3-15 mm olub.
 
Qar örtüyünün hündürlüyü Xınalıqda 13, Ləzədə 3, Lerik rayonunun dağlıq ərazilərində 10-20 sm təşkil edib.





Xəbəri paylaş

5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___