Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İntensiv yağışlar Kürdə daşqına səbəb ola bilərmi? - Rəsmi CAVAB
Tarix: 04-10-2017 | Saat: 17:38
Bölmə:Karusel / Gündəm | çapa göndər


Bir neçə gündür, ölkə ərazisində hava şəraiti kəskin dəyişib. Paytaxtda və bölgələrdə yağıntının miqdarı çoxalıb. Buna görə adətən çaylarda suyun səviyyəsi qalxır. Nəticədə bəzi ərazilərdə sel, daşqın yaranır. İntensiv yağışlar Kür çayında suyun səviyyəsinin yüksəlməsinə gətirə bilərmi?

Sabirabad rayonundan seçilən deputat Rüstəm Xəlilov 
Kür çayının son vəziyyəti ilə bağlı məlumat verib:
“Kür çayı ilə bağlı hər hansı təhlükə yoxdur. Eyni zamanda, gələcəkdə də çayın daşma ehtimalı gözlənilmir. Bilirsiniz, 2010-cu ildəki daşqınlardan sonra ölkə başçısının tapşırığı ilə Kür ətrafı, ərazidə qabaqlayıcı tədbirlər görülüb. Bu baxımdan onun öz məcrasından çıxma ehtimalı yoxdur.
Əslində bu aylarda deyil, may ayından sonra Kürün daşma ehtimalı var. Yağışların yağması heç bir təhlükə yaratmır. Ola bilsin ki, bu, kiçik çaylara öz təsirini göstərsin. Amma  Kür çayının daşmasından söz gedə bilməz”.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev qeyd edib ki, bir sıra çaylarda daşqın olma ehtimalı olsa da, Kür çayında bunun baş vermə ehtimalı yoxdur:
“Ölkə ərazisində bir neçə gündür davam edən yağışlara görə Kür çayının aşağı axımında suyun səviyyəsi artsa da, daşqın təhlükəsi yoxdur. Çünki Kürdə ümumi sululuq ötən illərlə müqayisədə xeyli aşağıdır.
Lakin Kiçik və Böyük Qafqazın, xüsusilə də Lənkəran-Astara  bölgəsinin çaylarında suyun səviyyəsində artım müşahidə edilib. Eyni zamanda,  birbaşa Mingəçevir su anbarına tökülən Qanıx çayının suyunda da artım qeydə alınıb. Yəni hazırda Lənkəran-Astara bölgəsindəki çaylarda daşqın ehtimalı o biri çaylara nisbətən daha çoxdur. Lakin bu bölgələrdəki  çayların su səviyyəsinin artması əvvəlki illərə nisbətən azdır”.


Xəbəri paylaş

5788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___