Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı müğənninin atası ömürlük azadlıqdan məhrum edildi - İKİ NƏFƏRİ ÖLDÜRMÜŞDÜ
Tarix: 03-10-2017 | Saat: 18:45
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər



Arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə   Qurban Hüseynov son sözlə çıxış edib.
 
O, hadisə zamanı özündə olmadığını, əsəbi olduğunu söyləyib: "Bu, çox böyük peşmançılıqdır. Özümdə olmamışam. Söyüş üstündə olub. Əsəbi olmuşam. Məhkəmədən humanistlik göstərməsini xahiş edirəm. Peşmanam. Xahiş edirəm, yaşımı nəzər alasınız. Körpə nəvəm var. İki tərbiyəli övlad böyütmüşəm. Bu günə qədər bircə dəfə də olsun polisə düşməmişəm. Çox peşmanam".
 
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən Q.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
 
Prokuror Qurban Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
 
Xatırladaq ki, Qurban Hüseynov ifadəsində bildirib ki,  qətli törədən zaman özündə olmayıb: "Hadisə günü işdən çıxıb  evə gəldim. Yemək istədim. Yatmışdı.  Evdə mübahisə yarandı. Məni söydülər, təhqir elədi. Dedi, "sən kişi deyilsən dur burdan çıx".  Çölə çıxdım, sonrasını xatırlamıram. Peşmanam. Ailəmi məhv eləmişəm. O qızı öz uşaqlarımdan da çox istəyirdim. Mübahisəmiz tez-tez yaranırdı. Səbəb də onu göstərirdi ki, cavanlıqda ona çox zülm eləmişəm. Münasibətimiz əvvəllərdən çox yaxşı olub. Həm də bizim ki qohum evliliyi olub. Qıraqdan baxanlar bizə qibtə edirdi. İndi çox peşmanam. Hadisə vaxtı sanki özüm deyildim. Heç istəməzdim ki, belə olsun. Ailəm dağıldı".
 
Qeyd edək ki, qətl bu il martın 3-də Abşeron rayonu Saray qəsəbəsində baş verib.
Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.
Q.Hüseynov evdə olan baldızı qızı 18 yaşlı Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olub.
Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib. Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Onu da qeyd edək ki, qətl törədən şəxs  "N Brother" qrupunun üzvü İsmayıl Hüseynov atasıdır.
 
Müğənni bu işdə ölən şəxsin hüquqi nümayəndəsidir.





Xəbəri paylaş

6078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___