Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bütün dünya bu görüntüdən danışır (FOTO, VİDEO)
Tarix: 30-06-2015 | Saat: 12:58
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Bütün dünya bu görüntüdən danışır (FOTO, VİDEO)
Buna görə NASA canlı yayımı dayandırmalı oldu.
Amerika Kosmik Agentliyinin (NASA) canlı yayımı zamanı qeydə alınan görüntü böyük səs-küyə səbəb olub.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, NASA kamerada naməlum cismlərin görünməsindən sonra canlı yayımı qəflətən dayandırıb. Görüntülərdə üç parlaq nöqtənin Dünyadan uzaqlaşdığı görünür. İnsanların əksəriyyəti bu naməlum cismlərin yadplanetli olduğunu iddia edirlər. Bəzi mütəxəssislər də hesab edir ki, bu görüntülər yadplanetlilərin dünyanı ziyarət etdiyinə əyani sübutdur.

NASA-nın görüntüləri qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. İnsanlar videoya şərh verərək bu qeyri-adi hadisə barəsində öz fikirlərini bölüşüblər.

Sosial şəbəkə istifadəçilərindən bəziləri NASA-nı yayımı yarımçıq dayandırdığı üçün tənqid edib. Bəzi insanlar isə naməlum nöqtələrin "çoxyönlü kosmik cism" olduğunu iddia ediblər.

Ancaq videoda görünən cismlərin yadplanetli olmadığını düşünənlərin də sayı az deyil. Bəziləri videonun keyfiyyətinin həddindən artıq aşağı olduğunu və sözügedən nöqtələrin günəş işığının parıltısı ola biləcəyini güman edirlər. Bir digər qrup isə cismlərin peyk ola biləcəyini deyirlər.



Amerika Kosmik Agentliyini isə görüntülərlə bağlı rəsmi açıqlama verilməyib. Ancaq yayımın dayanmasından sonra NASA belə bir şərh verib: "Xahiş edirik gözləyin. Yüksək keyfiyyətli görüntü əldə edə bilmək üçün kameralar dəyişir və ya Beynəlxalq Kosmos Stansiyasında müvəqqəti siqnal itkisi ola bilər", - deyə mesajda qeyd edilib.

ANS PRESS dünya mediyasının gündəminə düşən videonu təqdim edir.


Xəbəri paylaş

8008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___